Cümə axşamı , Sentyabr 23 2021
Ana səhifə / Cəmiyyət / COVID-19 pasportu ilə bağlı tələb qüvvəyə mindi

COVID-19 pasportu ilə bağlı tələb qüvvəyə mindi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və onun qurumlarının qəbul mərkəzlərində, habelə DOST mərkəzlərində vətəndaşların qəbulu və müraciətlərinə baxılması yalnız peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənəd (COVID-19 pasportu) olduğu halda həyata keçiriləcək.
Nazirlikdən verilən məlumata görə, vətəndaşların ƏƏSMN-nin elektron xidmətlərinə etdikləri müraciətlərə baxılması da COVID-19 pasportuna malik olmaları barədə məlumat daxil edildiyi (o cümlədən ünvanlı dövlət sosial yardımı ilə əlaqədar müraciət zamanı Ərizə-bəyannamədə qeyd edildiyi) halda həyata keçiriləcək.

Həmçinin oxuyun

Distant təhsil tələbi ləğv edildi

Distant təhsil tələbi ləğv edilib və əyani təhsilə keçid müəyən edilib. Bu, Nazirlər Kabineti “Xüsusi …