Bazar ertəsi , May 27 2024
Ana səhifə / Cəmiyyət / Çovdarovların “Vosmoy bazarı”na dair iddiası təmin olunmadı

Çovdarovların “Vosmoy bazarı”na dair iddiası təmin olunmadı

Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq generalı Akif Çovdarovun cinayət işi üzrə “Vosmoy bazarı” kimi tanınan 8-ci kilometr bazarının da daxil olduğu 30 milyon manatlıq əmlakların müsadirəsindən verilmiş kassasiya şikayətinə baxılıb.

 “Report” xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən məhkəmə iclasında şikayət təmin olunmayıb.

Cinayət işi üzrə zərərçəkənlər bildiriblər ki, A.Çovdarov onlara məxsus mülki hələ vəzifədə olarkən əllərindən alıb. O, həbs olunandan sonra həmin əmlaklar da dövlət nəfinə müsadirə edilib.

Sabiq generalın ailə üzvləri şikayətlərində işi üzrə onlardan müsadirə olunan əmlakların cinayət yolu ilə ələ keçirilmədiyini bildiriblər.

Qeyd edək ki, ötən il sentyabrın 1-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə sabiq generalın 8-ci kilometr bazarı da daxil olmaqla 30 milyon manatlıq əmlakı dövlət nəfinə müsadirə edilib.

Həmçinin oxuyun

“Baxdım, yaxşı çəkilib” – Rasim Balayev “Alatava” haqda

Xalq artisti Rasim Balayev “Alatava” serialı ilə bağlı yeni açıqlamalar edib. O, ekran işini izlədiyini …