Çərşənbə axşamı , Sentyabr 26 2023
Ana səhifə / Cəmiyyət / Çökən körpü ilə bağlı icra başçısı: “Allah cənab Prezidenti qorusun” – Video

Çökən körpü ilə bağlı icra başçısı: “Allah cənab Prezidenti qorusun” – Video

Xəbər verdiyimiz kimi, bu gün Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qudyalçay üzərində yerləşən avtomobil körpüsü çöküb.
Toplum TV-nin əməkdaşı Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevə hadisənin səbəbləri ilə bağlı sual ünvanlayıb.
E.Rzayev isə jurnalistə cavabında ölkə başçısına arzularını çatdırıb: “Allah cənab Prezidenti qorusun. Görürsünüz də hər şey öz yerindədir”. Daha sonra icra başçısı “çao” deyərək xidməti avtomobilinə əyləşərək gedib.
İcra başçısının bu cavabı sosial şəbəkələrdə müzakirə mövzusu olub.
Həmin görüntüləri təqdim edirik:

Həmçinin oxuyun

Vitali Balasanyan azərbaycanlı olmaq istəyir

Qarabağ separatçılarının keçmiş “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan Qarabağı tərk etmək niyyətində deyil. Bu barədə …