Ana səhifə / Cəmiyyət / Cırtdan Tədris və İnkişaf Mərkəzindən maraqlı layihə – FOTO

Cırtdan Tədris və İnkişaf Mərkəzindən maraqlı layihə – FOTO

Cırtdan Tədris və İnkişaf Mərkəzinin Xırdalan şəhəri və Abşeron Gənclər Şəhərciyində yerləşən filialında tədris keçən körpə fidanların Təbiət Tarixi Müzeyinə ekskursiyası təşkil edilib. Ekskursiyaya rəhbərliyi Tədris və İnkişaf Mərkəzinin rəhbəri Aysel xanım Hacıyevanın özü edib. Körpələr Mərkəzin filiallarından müəllimləri ilə birlikdə xüsusi nəqliyyat vasitəsilə Muzeyə aparılıb, ekskursiya bitəndən sonra onlar filiallara məxsus binanın önündə valideynlərə təhvil verilib. Körpələri müşayiət edən müəllimlər Azinforum.az-a bildiriblər ki, ekskursiyada körpələrin eksponatlarla yaxından tanış olmaları onların əhval-ruhiyyəsinə çox müsbət təsir edib. Tədris Mərkəzinin rəhbərliyi saytımıza açıqlamasında bildirdi ki, onlar gələcəkdə belə tədbirləri tez-tez keçirilməyi planlaşdırırlar. Bildirilib ki, yaxın tədbirlərdən birində körpələrlə birlikdə valideynlərin də iştirakı nəzərdə tutulur. Azinforum.az körpələrin ekskursiyasından çəkilən fotoları təqdim edir.

Həmçinin oxuyun

İcra başçısı 2 milyonluq villanı sökdürdü – Fotolar

Səssiz-səmirsiz, sakit-sakit, hissə-hissə sökürlər. Villanın qarşısında “Bakıxanov rezidens”in binası inşa olunacaq. Azinforum.az xəbər verir ki, …