Çərşənbə , Fevral 8 2023
Ana səhifə / Cəmiyyət / “Cinsini dəyişən insan mömin olarsa…” – Hacı Şahin

“Cinsini dəyişən insan mömin olarsa…” – Hacı Şahin

İlahiyyatçı və din xadimi Hacı Şahin yeni açıqlaması ilə diqqət çəkib.

“Birinci TV” adlı yutub layihəsinə qonaq olan hacı cinsiyyətini dəyişən insanlardan danışıb. Hacı Şahin həmin şəxslərin dəfni zamanı əsl cinsinin müəyyənləşdirilməsinin vacib olduğunu bildirib: 

“Bildiyiniz kimi ikicinsli insanlar var. Bəzi insanlarda müəyyən dövrlərdə hormonlarda dəyişikliklər olur. Bu zaman belə tip insanların həqiqi cinsi müəyyən edilməlidir. Bilinməlidir ki, bu insan faktiki olaraq hansı cinsə məxsusdur. Bunu artıq tibb müəyyənləşdirir. Əgər qadın kimidirsə, qadın, kişi kimidirsə, kişi olur. Bəziləri bunu mənim cinsi azlıqlara bəraət verməyim kimi qəbul edir. Amma belə deyil. Müəyyən səbəblər var ki, insan həyatda belə yaranır. Əslində müasir tibdə buna icazə verirlər ki, insan öz həqiqi cinsiyyətinə uyğunlaşsın”.

Həmçinin oxuyun

İlham Əliyev Bakıda görkəmli bəstəkar Tofiq Quliyevin abidəsinin açılışını edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Bakıda görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı …