Cümə , Avqust 19 2022
Ana səhifə / Cəmiyyət / Çingiz Abdullayevdən Qazaxıstan xalqına müraciət

Çingiz Abdullayevdən Qazaxıstan xalqına müraciət

Xalq yazıçısı Çingiz Abdullayev Qazaxıstan xalqına müraciət edib.

O bu barədə özünün “Facebook” səhifəsində yazıb.

“Qazaxıstan dünyanın ən böyük müsəlman ölkəsidir. Orada baş verəcək hər hansı bir sarsıntı bütün Orta Asiyaya, bütün Avrasiyaya təsir edəcək. Bu ölkədə mənim yüz minlərlə oxucum var. Məni Astanada necə qarşıladıqlarını heç vaxt unutmayacağam. Əziz bacı və qardaşlarım. Sizə kömək etməyə və ilk zənginizdə uçub gəlməyə hazıram. 90-cı ilin yanvarında bizim üçün ağır günlərdə Azərbaycanın müdafiəsinə səs verən azsaylılardan biri də Qazaxıstanın xalq şairi Oljas Süleymanov idi. Biz bunu heç vaxt unutmayacağıq. İndi bizim növbəmizdir. Biz hər zaman sizin yanınızdayıq! Hər zaman və hər şəraitdə!”.

Həmçinin oxuyun

“Kəmaləddin Heydərov orada tüstü çıxırsa, mütləq o ocağı söndürməlidir”

“İşdə məhəbbət macərası deyim, yoxsa biabırçılıq, bilmirəm… Hər halda, heç bir müəssisə belə şeydən sığortalanmayıb. …