Bazar ertəsi , May 27 2024
Ana səhifə / Cəmiyyət / “Çingiz Abdullayev üzvlük vəsiqəmi mənə verəndə dedi ki…” – Elza Seyidcahan

“Çingiz Abdullayev üzvlük vəsiqəmi mənə verəndə dedi ki…” – Elza Seyidcahan

İyulun 4-də Azərbaycanın tanınmış müğənnisi, bəstəkarı və şairəsi, əməkdar artist Elza Seyidcahan Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.

Bu barədə xəbər sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb və onların çoxsaylı şərhlərində E.Seyidcahanın şairə kimi fəaliyyətinin ciddi olmadığı qeyd edilib.

Əməkdar artist birliyə üzvlük vəsiqəsinin alınması ilə bağlı bir sıra açıqlamalar verib.

“Yazıçılar Birliyinə qəbul olunmuşamsa, deməli, buna layiq idim. Mən bununla fəxr edirəm və söz verirəm ki, buna böyük məsuliyyətlə yanaşacağam. Sevinirəm ki, bu xəbər insanlara zəlzələnin sarsıntısını unutdurdu, problemlərini unudan çoxlarına dərman oldum. Mənim Yazıçılar Birliyinə qəbul olmağım müzakirə mövzusunu dəyişib”, – deyə E.Seyidcahan Vesti.az-a şərhində bildirib.

Həmçinin, Elza xanım Unikal.org-a şərhində qeyd edib ki, iyunun 25-də Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar onunla əlaqə saxlayıb və Birliyə üzv seçildiyini, üzvlük kitabçasını götürməli olduğunu bildirib.

Seyidcahanın sözlərinə görə, onun Yazıçılar Birliyinə üzv olması tanınmış şəxslərin onun yaradıcılığı haqqında danışması ilə bağlı olub:

“Mən fəxr edirəm ki, deputat Nizami Cəfərov mənim haqqımda danışıb. Həmçinin, birliyin Şəki şöbəsinin sədri Vaqif Aslan, şeirlərimdə fəlsəfə kəşf edən şairə Cığatel də mənim barəmdə çıxış ediblər. Tezliklə yeni kitabım işıq üzü görəcək. Çingiz Abdullayev üzvlük vəsiqəmi mənə verəndə dedi ki, kitabın təqdimatı Yazıçılar Birliyinin binasında olacaq. Onun sözlərinə görə, məni çoxdan birliyə üzv seçmək istəyirdilər”.

Həmçinin oxuyun

“Baxdım, yaxşı çəkilib” – Rasim Balayev “Alatava” haqda

Xalq artisti Rasim Balayev “Alatava” serialı ilə bağlı yeni açıqlamalar edib. O, ekran işini izlədiyini …