Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Cəmiyyət / Çingiz Abdullayev tələbələr qarşısında hansı rektora fahişə deyib? — VİDEO

Çingiz Abdullayev tələbələr qarşısında hansı rektora fahişə deyib? — VİDEO

Xalq yazıçısı Çingiz Abdullayev oxucuları ilə görüşüb.

Yazıçı çıxışı zamanı Azərbaycan təhsilində tüğyan edən rüşvətxorluq mövzusuna toxunub.

O qeyd edib ki, rüşvət alan müəllim fahişədən daha təhlükəlidir: “Ötən dəfə universitetlərdən birində qonaq idim. Dedim ki, təhsildə rüşvət yolverilməzdir. Hətta təhsildə rüşvətxorluq varsa, bu biabırçılıq deyil, bu fahişəlikdir. Hətta bilirsən ki, fahişəlik fahişənin işidir, ancaq rüşvət alanlar gələcəyimizin kökünü kəsirlər.

Çingiz Abdullayev deyib ki, auditoriyada bu sözləri deyəndən sonra bütün tələbələr öz rektorlarına baxıblar: “Bu sözləri deyəndən sonra gördüm ki, auditoriyada oturan 400 nəfər mənə baxmır, hamısı rektora baxır. Yazığım gəldi, o rektora”.

Yazıçının bu sözləri alqışlanıb. Olke.az

 

Həmçinin oxuyun

Bakıda yaşayan erməni qadın: “Öz uşaqlarını vəhşiliklə böyüdürlər” – Video

57 ildir ki, Bakıda yaşayır. Burda məktəbə gedib, təhsil alıb, hətta Bakıdakı dövlət müəssisələrindən birində …