Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / “CinemaPlus” vətəndaşın şikayətinə aydınlıq gətirdi – FOTO

“CinemaPlus” vətəndaşın şikayətinə aydınlıq gətirdi – FOTO

28 Mall Ticarət Mərkəzində yerləşən premium kinoteatr “CinemaPlus” da kinoya baxmağa gedən vətəndaşın sifətinə yaxında olan tirdə atılan güllənin dəyməsilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib. “CinemaPlus”un mətbuat xidmətindən Azinforum.az-a bildirilib ki, 4 yanvar tarixində 28 Mall Ticarət Mərkəzində yerləşən premium kinoteatr “CinemaPlus” ərazisində oyun sahəsi sayılan “Game Zone”-un qarşısından keçərkən jurnalistin gözünün altına Tir-də atılan güllənin bir hissəsi sıçrayaraq zədə yetirib:

“Bu şikayətdən sonra kinoteatr “Game Zone” -nun administratoru Xəyyam Eyvazova müraciət edib. Administratorun sözlərinə görə, “Game Zone” 13 sentyabr 2013-cü ildən etibarən fəaliyyət göstərir. Bu günə kimi belə problemlər baş verməmişdir. Tir zamanı istifadə olunan tayvan istehsalı olan güllələr tam təhlükəsizdir. Onlar nişana dəydikdən sonra ovulur. Yalnız Çin istehsalı güllələr rezin olduğundan geri sıçraya bilər. Bizim güllələr isə yumru ağ şar formasındadır və insana toxunduqda belə heç bir zədə yetirmir. Bütün təhlükəsizlik qaydalarına riayət olunur. Lakin bu hadisə yenə də araşdırılır və əlavə təhkükəsizlik işləri görüləcəkdir”.

 “CinemaPlus” ticarət mərkəzindəki tirdə istifadə olunan ovulan güllələrin fotosunu da bizə təqdim edib.

g

g1

Azinforum.az

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın