Şənbə , May 25 2019
Ana səhifə / Cəmiyyət / Çempionun atası Kəmaləddin Heydərovdan kömək istədi

Çempionun atası Kəmaləddin Heydərovdan kömək istədi

“Azərbaycanda taekvondo məktəbini məhv edirlər. Taekvondo üzrə milli yığmada fəaliyyət göstərən yerli peşəkar idmançıların komandadan uzaqlaşdırılması bunu deməyə əsas verir”. Fanat.az xəbər verir ki, taekvondo üzrə ölkə çempionu Ceyhun Həsənlinin atası, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Məzahir Həsənovun prezidentə və Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərova ünvanladığı müraciətdə belə deyilir.

M.Həsənovun sözlərinə görə, 21 yaşlı Ceyhun illərdir Taekvondo üzrə Milli Komandamızın perspektivli üzvüdür və ölkəni bir çox yarışlarda təmsil edib.Onun kareyarasında daha yüksək nailiyyətlər əldə etmək imkanı olduğu halda İrandan gətirilən məşqçinin lüzumsuz hərəkətləri üzündən bağlı olduğu idmandan kənarda qalmaq üzrədir.

Müraciətdə deyilir ki, Ceyhun Həsənliyə qarşı bu haqsızlıq onun yerinə kimlərinsə vasitəçiliyi ilə İrandan gətirilən idmançının gəlişindən sonra başlanılıb. Ceyhun Həsənlinin yerinə gətirilən Mohammadi Ahmed İrandan olsa da oradan qovulub, Avstriya bayrağı altında çıxış edib, hazırda 3 aydır Bakıdadır. Hollandiya açıq çempionatında, Nalçikdə Avropa çempionatında Azərbaycan millisinin üzvü kimi ilk döyüşdəcə uduzub.

M.Həsənov müraciətində Azərbaycan idmanındakı yeni yaradılan legioner siyasətinə də toxunub. O, legioner idmançılara xərclənən vəsaitin yerli idmançılara xərclənəcəyi halda, daha böyük nailiyyətlər əldə edilə biləcəyini düşünür: “Vaxtilə Taekvondo idmanında legionerlər demək olar ki, yox dərəcəsində idi. O vaxt legionersiz taekvondomuzun dünya, Avropa və çoxsaylı beynəlxalq yarışların qalibləri də yerli idmançılar idi. İndi bəs nə oldu? Azərbaycanda idman növləri içərisində taekvondo milli komandamızin tərkibində olan perspektivli idmançılarımızın millidən uzaqlaşdırılmasına start verilməsi idman adına ləkədən başqa bir şey deyil. Azərbaycan millisindən uzaqlaşdırılaraq gənc və perspektivli idmançılarımız olan Natiq Abdullayev (54 kq), Əli Axundov(63kq), Fariz Əliyev (63 kq), Xəyal Musayev(68 kq), Daşqın Hacıyev(74kq) , (İlkin Sahbazov 74kq), Seyidəzim Bədirxanlı(80 kq), Bayraməli Vəliyev(87 kq), Ceyhun Həsənli(87+) artiq yerlərini iranlı taekvondoçulara verib. Onları isə Kamil Abdulrazakov(Rusiya), Məmmədyasin İbrahimov(Rusiya), Radik İsayev (Rusiya) Bəhrami Sina (İran), Belgi Hersicahani(İran), Mohammadi Ahmed(İran) əvəz evir və bu legionerlərin sayı getdikcə artmaqdadır”.

C.Həsənlinin atası iddia edir ki, taekvondoya gətirilən xarici baş məşqçilər yerli idmançılarla işləməyi özlərinə sığışdırmırlar. O, hazırda taekvondo üzrə milli yığmanın iranlı baş məşqçisinin yerli idmançıların potensialından intina etdiyini deyir: “Mənim ölkəmdə mənim dövlətimin milyonlarla pulu hesabına ən yüksək şəraitdə bəslənilən bu məşqçi bu gün yetişən Azərbaycanlı idmançılara ,o cümlədən Ceyhun Həsənliyə məşq keçməyə,onu yetişdirməyə borcludur. Mənim pulumu yeyib,mənim övladımı öz torpağında idmansız qoymaq,millisindən kənarda saxlamağa haqqı yoxdur. Azərbaycan taekvondosunda nailiyyət qazanan 2 idmançı Radik İsayev və Milad Beqri Herçeqanı əbədi Azərbaycanın idmançısı ola bilməzlər”.//Aznews.az

Həmçinin oxuyun

Ötən il Azərbaycandan Gürcüstana 1,81 milyon turist gedib

Ötən il Gürcüstana ən çox turist 1,81 milyon nəfər olmaqla Azərbaycandan səfər edib. “Report”un yerli …

Bir cavab yazın