Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Cəmiyyət / Cavid Qurbanovun yaxın adamının milyonluq fırıldağı – FOTOLAR

Cavid Qurbanovun yaxın adamının milyonluq fırıldağı – FOTOLAR

Hazırkı durumda ölkəmiz üçün ən vacib amil iş adamları üçün şəraitin yaradılmasıdır. 
Çünki ölkədə kütləvi işsizlik və məcburi ixtisarlar var. Yeni iş yerlərinin açılması, xaricdən ölkəmizə valyuta axınının yaranması üçün gərəkdir ki,  ölkədə çoxşaxəli  istehsal olsun. Bunun üçün də dövlət rəsmiləri iş adamları üçün şərait yaratmağa çalışırlar. Prezident tərəfindən tez-tez bu barədə tapşırıqlar və sərəncamlar verilir ki, iş adamları rahat şəkildə öz bizneslərini qura bilsinlər.
Lakin son zamanlarda artan şikayətlərə əsasən məlum olur ki, bəzi iş adamlarına nəinki şərait yaradan, əksinə, mane olan dövlət məmurları var.
Məsələn, iş adamları olan Cavanşir Əsgərov, Camal Əhmədli və Rahid İbadi musavat.com saytına müraciət edərək, “Azərbaycan Dəmir Yolları” QSC-də Texniki Qurğuların Təmir-Tikinti Departamentinin sədri Çingiz Məmmədovdan şikayət ediblər.
İş adamları bildiriblər ki, adıçəkilən şəxsin onlara külli miqdarda borcu var, amma ödəmir: ““Biz Ağstafa, Qazax, Gəncə, Göygöl, Goranboy, Ləki, Quba, Ucar, Nabran və digər rayonlarda öz ailələrimizdən, evimizdən ayrı düşərək yolların təmiri ilə əlaqəli dövlət proqramında iştirak etmişik.
Ailələrimizə bir parça çörək qazanmaq istəmişik. 10 ilə yaxındır ki, “Azərbaycan Dəmir Yolları” ASC-nin nəzdində olan Dəmir Yollarının və Texniki Qurğularının Təmir-Tikinti Departamentinin sifarişlərini həyata keçiririk, onlarla müvafiq əmək müqavilələri imzalamışıq, ancaq bizə imza atandan sonra məlum olub ki, müqavilələrin surətlərini qəsdən bizdən gizlədiblər. Biz işə başlayandan sonra gördüyümüz işlərin 20-30 faizini ödədilər, səbəbini soruşanda dedilər ki, departamentin sədri Çingiz Məmmədovun qərarı belədir”.
Şikayətçilərin özlərinə görə, onların problemi cəmiyyətin keçmiş rəisi Arif Əgərov və departament rəhbəri Çingiz Məmmədovla bağlıdır: “Azərbaycanın bir çox rayonlarında yenidənqurma və abadlıq işləri aparmışıq. Bizimlə bir yerdə çalışıb işləri yerinə yetirən əliqabarlı fəhlələrin əmək haqlarını, gördüyümüz işlərin həcmi müqabilində bizə çatacaq pulları vermədilər. Bizi ağır maddi duruma saldılar. Biz də pul kəsmirik. Kimlərdənsə borc götürüb, iş görmüşük. Banklardan hər gün zənglər gəlir. Biz indi nə edək? O pulları necə ödəyək? Bizə ödənilməli olan pulları versinlər, borclarımızı ödəyək.
“Azərbaycan Dəmir Yolları” ASC-nin o dövrdəki sədri Arif Əsgərovun imzası ilə təsdiqlənən sənədlərə görə bizə – Əsgərov Cavanşirin işçi qrupuna 150 min manat, Rahid İbadinin işçi qrupuna 60 min manat, Camal Əhmədlinin işçi qrupuna 184 min 747 manat ödənməlidir. Pulları bu günə qədər ala bilməmişik. Bunlar 3-5 manat deyil ki, cəhənnəmə ki, deyib, keçəsən”.
Pulunu ala bilməyən sahibkarlardan biri olan Camal Əhmədli bunları deyir: “Çingiz Məmmədovun sifarişi ilə Qazax, Quba, Gəncə, Göygöl, Goranboy, Ləki, Nabran və sair rayonlarda işlər görmüşəm. Gördüyümüz işlər adıçəkilən yerlərdə dövlət əhəmiyyətli sifarişlər olub – Heydər Əliyev mərkəzləri, Gənclər mərkəzi, ana və uşaq mərkəzləri, H.Əliyev adına parkların salınması, vağzal və stansiyaların bərpası və digər işlər… Bu işləri Çingiz Məmmədovun başçılığı altında həyata keçirmişik”.
 
Sahibkarlara hər dəfə “Gələn ay həll edəcəyik” deyərək, yola veriblər: “Elə aylar oldu ki, bizə ümumiyyətlə pul vermədilər. Bəzi araşdırmalardan sonra öyrəndik ki, departament rəisi Çingiz Məmmədov vəzifə səlahiyyətlərini aşmaqda ad çıxarıb. Departamentin ştatında 300 nəfərə yaxın ölü “can” var. Yəni, yalançı işçilər… Hansı ki, əslində departamentdə elə işçilər olmayıb. Amma adları olub və maaşlar hesablanıb. Həmin pulları öz cibinə qoyub. Bu yolla o, külli miqdarda mal-mülk sahibi olub”.
İş adamları Çingiz Məmmədovun bəzi əraziləri “Azərbaycan Dəmir Yolları” ASC-nin balansından çıxararaq, özünün və ya həyat yoldaşının adına keçirdiyini iddia edirlər: “Vaxtında pulların verilməməsi səbəbindən biz iş adamları məcbur olub evlərimizi və maşınlarımızı girov qoyub, banklardan küllü miqdarda kredit götürmüşük ki, işçilərimizin cüzi pul vəsaitlərini ödəyək. 1-ci və 2-ci devalvasiyasından sonra banklara olan borcumuz ikiqat artıb. Sual oluna bilər ki, “Nəyə görə pullarınızı və şikayətinizi indiyə kimi tələb etməmisiniz?” Dəfələrlə bizə söz verməklərinə baxmayaraq Çingiz Məmmədov himayədarlarına arxalanaraq pulların ödənilməsindən imtina edir. Ç.Məmmədov bəzi əraziləri “Azərbaycan Dəmir Yolları” ASC-nin balansından çıxararaq, özünün və ya həyat yoldaşının adına keçirib. Onun malk-mülklərinin siyahısını da bizdə var”.
Həmin siyahı və fotoları musavat.com-a təqdim edən iş adamları, bu haqda rəsmi qurumlara da müraciət etdiklərini bildirdilər.
Bəhs edilən mülklərin siyahısını və bəzi mülklərin fotolarını sizlərə təqdim edirik:
1 – Gəncə şəhəri “Delavoy dvor” adlanan yer. Hansı ki, bu 1.2 hektar ərazi Azərbaycan küçəsində yerləşən d/y balansında olub, sonradan Çingiz Məmmədov tərəfindən özəlləşdirilib. Hazırda icarəyə verilib.
2 – Quba rayonu, İ.Dağıstanlı küçəsində villa…
3 – Quba rayonu, İ.Dağıstanlı küçəsində 2-ci villa…
4 – Xaçmaz rayonunda dəmir yolu stansiyanın yanında, H.Əliyev prospekti 41A ünvanında, ADY QSC-nin balansında olan Mədəniyyət evinin yerində inşa edilən şadlıq sarayı… Bu şadlıq sarayı Çingiz Məmmədovun həyat yoldaşı Yaqut Tofiq qızı Məmmədovaya aiddir. (fotosu var)
5 – Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsində 12-də şəxsi villa
6 – Bilgəhdə şəxsi villa. 16-cı sıra, Rauf Kazımovski küçəsi
7 – Buzovnada villa.
8 – Şabran rayonunda şəxsi ev.
9 – İsmayıllı rayonunun Gülyan kəndində şəxsi villa…
10 – Quba rayonu, H.Əliyev prospekti… 7 hektar ərazidə tikinti materialları bazarı…
11 –  “Mercedes GL-500” qara rəngli – Az 90 AA 856
12 –  “Lexus 5.7” qara rəng – Az 90 AA 524
13 –  “Range Rover” qara rəngli
14 –  “BMW” x5 ağ rəngli
15 –  “Lexus” qara rəngli və s.
İş adamlarının iddiasına görə, 2013-cü ildə işçi saxtakarlığına görə, keçmiş MTN tərəfindən Çingiz Məmmədov saxlanılıb. Amma 3 milyon manat aldıqdan sonra, onu azadlığa buraxıblar. Bu işdə də general Akif Çovdarovun adı hallanır. Sahibkarların digər bir iddiasına görə, Çingiz Məmmədov hazırda həbsdə yatan Hacı Məmmədovun doğma əmisi oğludur.
Musavat.com ümid edir ki, “Azərbaycan Dəmir Yolları” ASC-nin yeni rəhbəri Cavid Qurbanov yazıda göstərilən faktlarla yaxından maraqlanacaq və ölçü götürəcək. 
 
Yazıda adları hallanan hər kəsin mövqeyini dərc etməyə hazırıq.
 
ş

Həmçinin oxuyun

“Şuşada Vaqifin heykəlini tapa bimədim” – Şöbə müdiri

“Şuşa tarixi abidələr şəhəridir. 39 ildən sonra ölkə başçımızın məhz yanvarın 14-də Şuşaya getməsi və …

Bir cavab yazın