Ana səhifə / Cəmiyyət / CAVİD QURBANOVA SABOTAJ – ELYAR MURADOV VƏZİFƏLİ ŞƏXSLƏRİ DƏ FƏHLƏ EDİB…

CAVİD QURBANOVA SABOTAJ – ELYAR MURADOV VƏZİFƏLİ ŞƏXSLƏRİ DƏ FƏHLƏ EDİB…

Azinforum.az xəbər verir ki,  Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin  sədri təyin olunandan sonra, onun  ilk  verdiyi fərman  dəmir yol vağzalının əsaslı təmiri ilə bağlı olub. Hazırda həmin təmir işləri yekunlaşmaq üzrədir. Cavid Qurbanovun həm də,  vəzifəyə təyin olunan kimi  dəmiryolçuların əmək haqlarının 100 faizə qədər qaldırılmasına dair verdiyi  fərmana görə də yadda qalıb. Ancaq Ziya Məmmədovun dönəmindən qalan bəzi rəhbəri vəzifəli şəxslər Cavid Qurbanovun gördüyü işlərə kölgə salmaq üçün, əllərindən gələni edirlər. Bu barədə dəmir yolunda çalışan, amma adının çəkilməsini istəməyən şəxslərdən biri Azinforum.az-a dəqiq məlumatlar verib.

Mənbə bildirir ki,  Sərnişindaşıma Departamentinin rəhbəri Elyar Muradov  Bakı Sərnişin Stansiyasının işçiləri ilə bağlı qəribə  “yeniliklərə” imza atıb.  Deməli,  bir neçə şəxs istisna olmaqla, həmin idarədə çalışan , ali təhsili və vəzifəsi olan işçilərin hamısı əmək haqqı cədvəlində fəhlə kimi göstərilir.  Hətta vağzal rəisinin köməkçiləri olan və bir neçə ali təhsil müəsissəsinin diplomunu əlində gəzdirən şəxslərin adı  işə fəhlə kimi  rəsmiləşdirib. Məqsəd  bundan ibarətdir ki, həmin adamlar az əmək haqqı verilsin. Yəni Cavid Qurbaovun dəmiryolçuların əmək haqqının qaldırılması ilə bağlı verdiyi fərman nəinki bu kateqoriyadan olan şəxslərə şamil olunur, əksinə, onların əmək haqqında  azalma müşahidə edilir. 

Mənbəmiz bildirir ki, bütün bunlardan Cavid Qurbanovun xəbəri yoxdur.

 

elyar_muradov

                                                        ELYAR MURADOV

Çünki kimsə yuxarılara şikayət etməyə qorxur. Elyar Muradovun başqa bir  “novatorluğu” da üzə çıxıb. Belə ki, onun müvəkkil (revizor-red) idarəsini də bağladığı bildirilir. Vəziyyət o yerə çatıb ki, Elyar Muradov iki institut qurtaran müvəkillərdən birini  Bakı-Sumqayıt elektrik qatarına peron nəzarətçisi kimi göndərib. Mənbəmiz bildirir ki, Elyar Muradov arada  fəhlə cildinə saldığı həmin müvəkillərdən hansısa qatarların yoxlanılmaını da tələb edir. Mənbəmiz bildirir ki, Sərnişindaşıma Departamentinin rəhbəri Elyar Muradovun əməllərindən zara gələn işçilər yaxın günlərdə kütləvi şikayətlə əlaqədar qurumlar qarşısında pozulan hüquqlarının bərpasına çalışacaqlar”.

Azinforum.az bu istqamətdə araşdırmalarını davam etdirir.  Dəfələrlə zəng etməyimizə baxmayaraq, Elyar Muradovun katibəsi bizi onunla çlşdırmadı. Bu səbəbdən də,  yaranmış vəziyyətlə bağlı ona ünvanlamaq istədiyimiz suallar açıq olar qalır…

Çinarə SEYİDOVA

AZİNFORUM.AZ

 

 

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın