Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Cəmiyyət / Cavid Qurbanov koronavirusa “gəl-gəl deyir”… – İDDİA

Cavid Qurbanov koronavirusa “gəl-gəl deyir”… – İDDİA

Keçənlərdə yerli KİV-də “Azərbaycan Dəmir Yolları” QSC sədri Cavid Qurbanovla bağlı ilginc məlumat yayılmışdı. Deyilirdi ki, Cavid Qurbanovun böyük qorunma ilə gəzdiyi, şikayətçilərin ona yaxınlaşmasına imkan verilmədiyi faktdır.

Həmin məlumatın müəyyən hissəsini yenidən təqdim edirik: “Cavid Qurbanov ASC-nin binasından çıxanda ətrafında 20 nəfər olur. Həmin 20 nəfər sədri avtomobilə minənə qədər müşayiət edirlər. Buna görə də ASC-də şaiyə buraxıblar ki, guya Cavid Qurbanovun ətrafı qəsdən çoxlu şəkildə onu müşayət edirlər ki, sədrə heç kəs yaxınlaşmasın. ASC sədrinin ətrafı onu toplu şəkildə müşayət edərək hansısa şikayətçinin Cavid Qurbanova yaxınlaşmasına imkan vermirlər”.

Dia.az-a daxil olan son informasiyalardan isə aydın olur ki, ölkənin baş dəmiryolçusu yenə də eyni qaydada müşaiyət olunur: “Hətta hazırki pandemiya dövründə belə QSC sədrinin ətrafı kifayət qədər qələbəlikdir. Ətrafının Cavid Qurbanovu toplu şəkildə avtomobilinə qədər müşayiət etməsi əslində birbaşa ASC sədrinin öz planıdır. O, şikayətçilərlə qarşılaşmamaq üçün bu üsuldan istifadə edir. Amma nəzərə almır ki, bununla ölkədəki koronavirusa yoluxmanın qarşısının alınması məqsədilə həyat keçirilən və uğrunda milyonlar sərf edilən bir prosesə zərbə vurmuş olur”.

Dia.az-a məlumat verən mənbə iddia edir ki, günü bu gün də nə Cavid Qurbanov və nə də ətrafındakılar tibbi maskadan istifadə etmirlər. Halbuki cənab Prezidentin özü şəxsən bu cür tədbirlərə maraqlı olduğunu, bu ehtiyat tədbirinin vacib olduğunu xüsusi olaraq vurğulayıb. Görünəni odur ki, pandemiyaya “gəl-gəl” deyən Cavid Qurbanov üçün əsas olanı şikayətçilərdən, narazılardan yayınmaqdır…

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq…

Həmçinin oxuyun

Fəxrəddin Manafov: “Ordumuzla fəxr edirəm”

“Düşünmürdüm ki, müharibə məni bu qədər sevindirəcək. Sevindirici haldır, çünki qədim, tarixi torpaqlarımızı geri qaytarırıq. …