Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / Cavid Qurbanov bir qrup jurnalistə ev bağışlayıb

Cavid Qurbanov bir qrup jurnalistə ev bağışlayıb

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) sədri, Azərbaycan Milli Məclisinin deputatı Cavid Qurbanov bugünlərdə bir qrup jurnalistə Bakıda ev bağışlayıb. Bu barədə “AzPolitika”ya məlumatlı mənbə xəbər verib. Sayt iddia edir ki,  ADY sədri bu ilin iyul ayında Prezident İlham Əliyevin sərəncamı əsasında mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə tikilmiş 2-ci binada mənzillərin bölgüsü zamanı mənzil sahibi ola bilməmiş bir qrup jurnalisti mükafatlandırıb.  Qeyd edilir ki,  Cavid Quranovun ev bağışladığı jurnalistlər baş dəmiryolçu ilə eyni rayondan olanlardı.

Məlumatda həmçinin o da qeyd olunur ki, ADY sədri, müəyyən səbəblərdən adlarını çəkmək istəmədiyimiz jurnalistlərə bağışladığı mənzillər paytaxtın  prestijli bölgələrində yeni tikilmiş binalardadır.

Azinforum.az

Həmçinin oxuyun

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun …

Bir cavab yazın