Şənbə , Dekabr 4 2021
Ana səhifə / Cəmiyyət / Cavid İsmayıla və Yəhya Babanlıya vəzifə verildi

Cavid İsmayıla və Yəhya Babanlıya vəzifə verildi

Diasporla İş üzrə Dövlət Komitəsində yeni kadr təyinatları olub.

Belə ki, Yəhya Babanlı qurumun 4-cü ərazi şöbəsinin (Asiya, Türkiyə, Avstraliya və Okeaniya) müdir müavini vəzifəsinə gətirilib.

Bundan başqa, tanınmış jurnalist Cavid İsmayıl Diaspor Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdir müavini təyin edilib.
Qeyd edək ki, tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıl bundan əvvəl APA.TV-nin rəhbəri vəzifəsində çalışıb.

Tarix üzrə fəlsəfə doktoru, Beynəlxalq münasibətlər üzrə ekspert Yəhya Babanlı isə bir müddət Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri olub. Baku Post

Həmçinin oxuyun

Azərbaycan gəncliyinin sabahı xanım siyasətçinin baxış rakursundan

Prezident İlham Əliyev Şuşada hərbçilərlə görüşəndə bu qələbənin tarixi əhəmiyyətini də vurğuladı, qələbəni qazananlara Vətən …