Çərşənbə , Fevral 28 2024
Ana səhifə / Cəmiyyət / Cavanşir Quliyevin vəfat etməsi xəbəri yalandır, bu gün əməliyyat olunacaq

Cavanşir Quliyevin vəfat etməsi xəbəri yalandır, bu gün əməliyyat olunacaq

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin Türkiyədə müalicə aldığı xəstəxanada vəfat etməsi barədə məlumat yayılıb.

Daha sonra məlum olub ki, məlumat yalandır, Cavanşir Quliyevin müalicəsi davam etdirilir.

Heydər Əliyev Fondundan isə APA-ya bildirilib ki, bu gün Cavanşir Quliyevin üzərində planlaşdırılmış əməliyyat aparılması nəzərdə tutulur.

Xatırladaq ki, bəstəkarın müalicəsinə Heydər Əliyev Fondu tərəfindən dəstək göstərilir.

Həmçinin oxuyun

Qızılca və suçiçəyinə yoluxan şagirdlərə buraxılış imtahanı ilə bağlı güzəşt ediləcək?

Bu il ölkədə qızılca və su çiçəyi xəstəliyinə yoluxma halları artıb. Xəstəliyə yoluxanlar arasında məktəblilər …