Ana səhifə / Cəmiyyət / Cavanşir Quliyev ittihamlara cavab verdi 

Cavanşir Quliyev ittihamlara cavab verdi 

Xalq artisti Cavanşir Quliyevin növbədənkənar seçkidə Prezident İlham Əliyevə səs verəcəyini açıqlaması sosial şəbəkələrdə bəzi şəxslərin narazılığına səbəb olub və bəstəkara qarşı hücum başlayıb. 

Qeyd edək ki, saytlar 19 il Şimali Kipr Türk Cümhuriyyətində yaşadıqdan sonra bir müddətdir ki, Azərbaycana qayıdan bəstəkardan seçkidə kimi dəstəkləyəcəyi ilə bağlı fikrini öyrənib. 

O da fevralın 7-də İlham Əliyevə səs verəcəyini bildirib. Bundan sonra Xalq artistinə qarşı hücum kampaniyasına start verilib. Keçmiş dostları, əqidədaşları bəstəkarı təhqir etməkdən belə çəkinmirlər. 

Xalq artisti Flora Kərimova sənət dostuna edilən virtual hücumlara səssiz qalmayıb

O, Cavanşir Quliyevin Prezident İlham Əliyevə səs verəcəyi ilə bağlı yayılan açıqlamasından sonra sənətkara qarşı böyüyən tənqid və təzyiq dalğasından söz açıb və həmin şəxsləri tənqid atəşinə tutub. 

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən C.Quliyev ittihamlara belə cavab verib:

“Flora xanıma təşəkkür edirəm. Mustafa Kamal Atatürk demiş ki: “Mevzubahis Vatansa, gerisi teferrüattır.” Mənim həmişə davam Vətən davası olub, dəyərlər davası olub, şəxsiyyətlər yox. Verdiyim müsahibədə də qeyri-adi, yaxud, yeni  heç bir şey yoxdur – reallıqlar var”. 

Xatırladaq ki, müxalif düşüncələri ilə tanınan incəsənət xadimi sözügedən müsahibəsində beləd eyib:

“Növbədənkənar (prezident) seçkilərin keçirilməsinin səbəbini bilmirəm. Amma mən 100 faiz əminəm ki, Azərbaycan xalqı Prezident İlham Əliyevi seçəcək. Mən özüm də İlham Əliyevi (seçkilərdə) favorit görürəm və ona səs verəcəm”, – deyə Quliyev bildirmişdi.

Həmçinin oxuyun

Məşhur aparıcı ilə ailə quran icra başçısı toyda qonaqlara qadağa qoydu

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və aparıcı Alidə Mustafayevanın ötən gün toyu baş …