Çərşənbə , May 25 2022
Ana səhifə / Cəmiyyət / Cavanşir Paşazadə: “Gecə klublarının birində baş verən partlayışı Allahın qəzəbi adlandırmazdım”

Cavanşir Paşazadə: “Gecə klublarının birində baş verən partlayışı Allahın qəzəbi adlandırmazdım”

“Bakı klublarının birində ötən gecə baş verən hadisə barədə informasiyalarla tanış olmuşam. Bu bədbəxt hadisəni Allahın qəzəbi adlandırmazdım. Belə hadisələr istənilən ayın, istənilən günündə baş verə bilər, təbiidir. Kaş ki, belə partlayış baş verməzdi. Təəsüf ki, partlayış nəticəsində həyatını itirən və yaralananlar olub. Ölənə Allahdan rəhmət və yaralılara isə şəfa diləyirəm”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi deputatı Cavanşir Paşazadə deyib.

Deputat bildirib ki, Azərbaycan sivil və dünyəvi ölkədir, yəni insanların inanclarına qarışmaq olmaz: “Ona görə də baş verən hadisəni orucluqla əlaqələndirmək istəməzdim. Gənclərdir, kim istəyirsə, gecə klubunda əylənir. Bədbəxt hadisəni başqa məsələlərlə əlaqələndirmək doğru olmaz. Təəssüf ki, belə hadisələrdən heç kim sığortalanmayıb”.

Həmçinin oxuyun

Elza Seyidcahanla jurnalist arasında GƏRGİNLİK: – “Oğlun pulu ödəyirsə, camaatdan niyə yığırsan?”

Əməkdar artist Elza Seyidcahanla jurnalist Zülfiyyə Qurbanova arasında gərgin anlar yaşanıb.AZİNFORUM.AZ Oxu.Az-a istinadla xəbər verir …