Çərşənbə , Sentyabr 27 2023
Ana səhifə / Cəmiyyət / Cahangir Zeynalov: Bizim ailəyə haram tikə girməyib

Cahangir Zeynalov: Bizim ailəyə haram tikə girməyib

“Həm Cahangir Zeynalov, həm Nəsibə Zeynalova, həm də fitri istedad Allahın verdiyi nemətlərdir. Bir insanın formalaşmasında onun mühiti, ailəsi və tərbiyəsi, yaşadığı ortam, işlədiyi yer, oxuduğu məktəb önəmlidir. Yaşadığım mühitə minnətdaram. Anamın sayəsində uşaqlıqdan elə insanlarla tanış oldum ki…”

Bu sözləri Əməkdar incəsənət xadimi Cahangir Zeynallı “O, yoxsa bu?” yutub layihəsində deyib.

O əlavə edib: “Gözəl söhbətlər, insani münasibətlər gördüm. Bunlar məni tərbiyələndirdi. Cahangir Zeynalov və Nəsibə Zeynalovanın oğlu olmaq məndə böyük məsuliyyət hissi yaratdı. Onlara layiqli övlad olmaq istədim, bilmirəm bacardım, ya yox. Görmədiyim babam Cahangir Zeynalova bənzəməyə çalışmışam. Onun zənginliyi əlimdə olsaydı, millətimizə sənət tərəfdən xidmət edərdim. Bütün malını Azərbaycan teatrına miras buraxmışdı.

Sual veriblər ki, bu qədər varlısan, övladın yoxdur, mirasını kimə buraxacaqsan? Demişdi, mənim övladım teatrdır. Həmin mirasın ünvanına çatması borcum olardı. Bir çox aktyorlar var ki, imkanı yoxdur. Bəzilərinin isə fikirlərini gerçəkləşdirmə gücü yoxdur. Bunu edərdim. Peşmanam ki, zamanında mənə Nəsibə və Cahangir Zeynalovlar fondu yaradırıq, gəl, otur başında, dedilər, amma gəlmədim. İnanıram ki, etsəydim, pulu çox olacaqdı. Həm dövlət, həm də Nəsibə xanım üçün zəngin adamlar yardım edəcəkdi. Olsaydı, həmin pulu teatra xərcləyərdim. Bizim ailəyə haram tikə girməyib”.

Həmçinin oxuyun

Vardanyanı saxlayan hərbçi Elçin Quliyevin oğludur – FOTO

Separatçıların keçmiş “dövlət naziri”, erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyan Qarabağdan Ermənistana getmək istəyərkən …