Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Cahangir Hacıyevlə həbsdəki iş adamını nələr bağlayır? – Qətl sifarişçisinə qarşı milyonluq iddia

Cahangir Hacıyevlə həbsdəki iş adamını nələr bağlayır? – Qətl sifarişçisinə qarşı milyonluq iddia

2011-ci ildə “Azər-Ross” MTK-nın rəhbəri “Azər-Ross” MTK-nın rəhbəri Əflatun Piriyevi qətlə yetirməkdə təqsirləndirilən şəxslərlə qarşı bu dəfə kredit borcu ilə bağlı yeni məhkəmə başlayıb.
Bu barədə Mia.az-a daxil olan məlumata görə, 2011-ci ilin iyul ayında öz şəriki və kirvəsi Əflatun Piriyevin qətlə yetirilməsi sifarişini verən Hümbət Məmmədov və onun yaxın ətrafı – Bakirov Tofiq Əhmədoviç, Hacıyev Fəriman Nəriman oğlu, Qurbanov Vüsal Akif oğlu, Şamilov Sahil Nofəl oğlu, Şamilov Şamil Nofəl oğlu bu  dəfə “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən  məhkəməəyə cəlb olunublar. Adıçəkilən iş adamı Hümbət Məmmətov yüksəkmərtəbəli bina tikintisi zamanı ABB-dən iri məbləğdə kredit alsa da, həbsinə görə həmin borc ödənilməyib.  Məsələnin ən maraqlı tərəfi isə odur ki, aradan 4 ildən çox vaxt ötsə də, ABB adıçəkilənlərə qarşı indi iddia qaldırıb. Bu isə sözsüz ki, çoxbaşlı şübhəli suallar yaradıb.
Bizi məlumatlandıran mənbə isə deyir ki,  ömürlük cəza alan Hümbət Məmmədov və yaxın ətrafının indi məhkəməyə cəlb olunması bir neçə ay əvvəl məşhur iş adamı Hacı İbrahim Nehrəmlinin həbs olunması ilə bağlı ola bilər:
«Bildiyniz kimi, məlum qətl də İbrahim Nehrəmlinin ofisində – “Avesta Konsern”ində baş veribdir. Onlar, yəni qətlin sifarişçisi və qətlə yetirilən şəxslər Hacı İbrahimlə şərik olublar.Onların iadər etdiyi MTK “Avesta”nin tərkibində olub. 2011-ci ildə isə İbrahim Nehrəmli qətl olayında adı sifarişçi kimi keçən Hümbət Məmmədova ən ağır cəza verilməsinə nail olmaqla yanaşı, onun tikdiyi mənzillərdə yaranan problemləri də öz üzərindən atdı. Yəni bütün suçları Hümbət Məmmədovun üzərinə yönəltdi.  İndiki hadisədə də bu səbəbdən belə şübhə yaranıb. Bu səbəbdən də bir neçə ay əvvəl «Bandotdel» tərəfindən saxlanılan İbrahim Nehrəmlinin  bu dəfə də istintaqa milyonlarla dollarlıq kredit borcununu bir hissəsini Hümbət Məmmədova «yükləməsi» istisna deyil.  Bu şübhəni Azərbaycan Beynəlxalq Bankının həbsdə olan şəxslərə qarşı məhkəmə şikayətinin predmeti də gücləndirir. Belə ki, bank bu günədək həbsdə olanlara qarşı belə bir iddia qaldırmayıb. İndilikdə qaldırılan iddia isə hələ adıçəkilənlərə qarşı vaxtı ötmüş şikayətin mümkünlüyündən bəhs edir.  Hansı ki, aradan 4-5 il vaxt keçməsini nəzərə alan birinci instansiya məhkəməsi də “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair vəsatətini təmin etməyib. Buna görə də bank Bakı Apellyasiya Məhkəməsinə üz tutub».
Mənbə deyir ki, həmin şikayət Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə iyulun 28-də araşdırılacaq.

 

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …

Bir cavab yazın