Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / CAHANGİR HACIYEVİN HƏYAT YOLDAŞININ HƏBSİ XƏBƏRİ TƏSDİQLƏNDİ – Məhkəmə qərarı

CAHANGİR HACIYEVİN HƏYAT YOLDAŞININ HƏBSİ XƏBƏRİ TƏSDİQLƏNDİ – Məhkəmə qərarı

Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva həbs edilib.

Bu haqda “Basta”ya məlumat verən etibarlı mənbə bildirib ki, Zamirə Hacıyevanın həbs olunması barədə qərar Nərimanov Rayon Məhkəməsində iyunun 1-də çıxarılıb. Onun həbsi barədə təqdimat isə Baş prokurorun müavini Rüstəm Usubov tərəfindən verilib.

Zamirə Hacıyeva korrupsiyada – Beynəlxalq Bankdan sənəd təqdim etmədən kredit kartı götürməkdə və həmin kartdan müxtəlif postterminallar və internet ödənişlər vasitəsilə ümumilikdə 18 min manat pul çıxarmaqda ittiham olunub.

Xatırladaq ki, ABB-nin keçmiş prezidenti Cahangir Hacıyev onunla birlikdə tutulan generallaardan fərqli olaraq, öz hüquqlarını fəal müdafiə edirdi.

Müşahidəçilərin qənaətinə görə, Cahangir Hacıyevin həyat yoldaşının həbsi onun susdurulmasına hesablanıb.

İnformasiyanı yayan sayt daha sonra Z.Hacıyevanın həbsi barədə məhkəmə qərarının surətini də yazıya əlavə edib.

Azinforum.az bildirir ki, Zamirə Hacıyeva barəsində həbs qərarı çıxarılsa da, onun bir müddət əvvəl ölkəni tərk edərək geri qayıtmadığı deyilir.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …

Bir cavab yazın