Çərşənbə , Yanvar 19 2022
Ana səhifə / Cəmiyyət / Cabir Abdullayev: “Sənətkara yubileyində fəxri addan gözəl hədiyyə ola bilməz”

Cabir Abdullayev: “Sənətkara yubileyində fəxri addan gözəl hədiyyə ola bilməz”

“Ən böyük arzum 55 illik yubileyimi Ağdamda əsgərlərlə birlikdə keçirmək idi”.
Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist, tanınmış muğam ifaçısı Cabir Abdullayev deyib. Xanəndə bildirib ki, şəhidlərin il mərasimi çıxmayınca ad günü keçirməyəcək:
“Bu gün 55 illik yubileyimdir. Amma qeyd etməyəcəm. Şəhidlərimız var, artıq Ağdam işğaldan azad olunub. Şükürlər olsun Allaha. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimiz bizim başımızın tacıdır. Onların il mərasimi çıxmayınca hər hansı şadlıq məclisi qurmaq mənə yaraşmaz. Özüm də Birinci Qarabağ müharibəsi veteranıyam. Onların arasında olan biri kimi deyirəm ki, belə bir vaxtda ad günü keçirməyi özümə sığışdırmaram”.
Cabir Abdullayev hesab edir ki, sənət adamı üçün yubiley mərasimlərində fəxri addan gözəl hədiyyə ola bilməz:
“2007-ci ildə Əməkdar artist fəxri adına layiq görülmüşəm. Sağ olsunlar. Xalq artisti fəxri adını da layiq bilərlərsə, verərlər. Bu günə kimi ən böyük arzum Qarabağın azad olunması idi. İndi isə ən böyük arzum xalqımın, elimin-günümün öz torpağına qayıtmasıdır”.

Həmçinin oxuyun

Ağdamda məni gözləyən yox idi…

Əsgərlikdə evə dönüşü min cür xəyal edərdik. Hərə ağlına gələn atkeçməz yol fikirləşər, evdəkilərə sürpriz …