Cümə , Sentyabr 18 2020
Ana səhifə / Cəmiyyət / Cəsarət Valehov nazir müavininin məktubunu mənasız adlandırdı

Cəsarət Valehov nazir müavininin məktubunu mənasız adlandırdı

Təhsil Nazirliyi məktəblərdə tənəffüs vaxtı zəngin çalınmaması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov “Report”a açıqlamasında məsələdən xəbərsiz olduğunu bildirib: “Məktəblərdə zəngin çalınıb-çalınmamasının nə mənası var? Hər halda şagirdlərin dərsə girməsi ilə bağlı bilmirəm hansı işarədən istifadə etmək olar. Amma zəngin çalınmaması məsələsindən məlumatlı deyiləm”.

Qeyd edək ki, Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın məktəblərə məktubla müraciət etdiyi barədə məlumatlar yayılıb. Məktubda tənəffüs zamanı dəhlizlərdə və həyətyanı sahədə şagird sıxlığını azaltmaq məqsədilə ənənəvi qaydada zəng çalınmayacağı qeyd olunub.
Xatırladaq ki, Cəsarət Valehov əksər hallarda jurnalistlərin suallarını cavablandırmaqdan yayınan sözçü kimi tanınır. Bu barədə sosial şəbəkələrdə jurnalistlər çoxlu sayda statuslar yazıb, onunla bağlı dəfələrlə mətbuatda da tənqidi yazılar dərc olunub.

Həmçinin oxuyun

Oğlunun Aygün Kazımovanın qızıyla videosu yayılan Daşqın Nəsirov kimdir?

Zeynəb Xanlarovanın həbs edildiyi deyilən bacısı oğlu Daşqın Nəsirovla bağlı daha bir maraqlı fakt ortaya …