Bazar ertəsi , May 27 2024
Ana səhifə / Cəmiyyət / “Cənab Prezident İlham Əliyevi o qədər sevirəm ki…” – Zeynəb Xanlarova

“Cənab Prezident İlham Əliyevi o qədər sevirəm ki…” – Zeynəb Xanlarova

Xalq artisti Zeynəb Xanlarova Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi festivalında iştirak edib.

Zeynəb Xanlarova Real TV ilə təəssüratlarını bölüşüb: “Şuşa bizim canımızdır. Şuşa haqqında nəsə deməyə söz bəs etmir. Şuşa üçün əlimdən nə gəlirsə, bir az oxuyuram. Şuşada olduğum üçün xoşbəxtəm. Xoşbəxtəm ki, bu çayı, çəməni, meşəni görürəm.

Bu müqəddəs torpaq uğrunda həyatlarını qurban verən insanlar üçün rəhmət oxumaq istəyirəm. Mən səhnədə ifa edəndə gözümün qabağına onları gətirdim. Allah onlara rəhmət eləsin.

Cənab Prezident İlham Əliyevi o qədər sevirəm ki…Mən o qədər prezidentlər görmüşəm ki…Açığını deyim ki, bizim əziz Prezidentimiz İlham Əliyev olmasaydı, bəlkə də necə var idiksə, elə də qalacaqdıq. Bu mənim ürəyimdən gələn sözlərdir. Cənab Prezidentin özü də, həyat yoldaşı da, qızı da, oğlu da ailəvi olaraq, bu xalq üçün yaşayırlar. Yaxşının qədrini bilmək lazımdır.

Cənab Prezident İlham Əliyevə mənim canım qurban! Onu çox istəmişəm, istəyəcəyəm də… Prezidentin atasını-Heydər Əliyevi də çox istəmişəm, indi də istəyirəm”,- deyə Xalq artisti bildirib./Teleqraf.com

Həmçinin oxuyun

“Baxdım, yaxşı çəkilib” – Rasim Balayev “Alatava” haqda

Xalq artisti Rasim Balayev “Alatava” serialı ilə bağlı yeni açıqlamalar edib. O, ekran işini izlədiyini …