Cümə , Noyabr 27 2020
Ana səhifə / Cəmiyyət / Cəmiyyətə qıtlıq mesajı: Bu günə hesablanmışdı? – ŞƏRH

Cəmiyyətə qıtlıq mesajı: Bu günə hesablanmışdı? – ŞƏRH

“Rossiya24”ün aparıcısı Aleksey Kazakov əhaliyə müraciət edərək təlimat xarakterli tövsiyələr verib. Aparıcı III dünya müharibəsi və yaxud nüvə savaşı zamanı xalqa səslənərək son zamanlar ABŞ-Rusiya arasında yaranan gərginlikdən dolayı əhaliyə zəruri ərzaq məhsullarını toplamağı məsləhət bilib. Kazakov bildirib ki, müharibə zamanı insanlar sığınacaqlara yerləşdiyində özləri ilə düyü, yarma, buğda və s. uzunmüddət xarab olmayan məhsullar götürməlidir. Ekspertlərin fikrincə, televiziya kanallarından bu cür bəyanatların səslənməsinin arxasında əslində başqa məqamlar dayanır ki, Rusiya bu siyasəti artıq bir neçə dəfə ələkdən keçirib.

Siyasi məsələlər üzrə şərhçi Natiq Miri “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Rusiya televiziyasından belə bir açıqlama verilməsi siyasi təbliğat xarakteri daşıyır və bilavasitə Putin rejiminə xidmət edir: “Dolayısı ilə vəziyyətin dünyada nə qədər kritik olduğunu  və bununla da Rusiyada yaşanan iqtisadi maliyyə çətinlikləri kontekstində ictimaiyyətin fikrini tamamilə başqa yönə yönəltmək məqsədi daşıyır. Bu çağırışda  əhalinin daha çox prezident Putinin ətrafında birləşməsinə rəvac vermək istəyi hiss olunur. Rusiyanın bütün zamanlarda siyasəti bu olub. Yəni Rusiya iqtisadiyyatı, dövləti hər hansı bir çətin vəziyyətinə düşən kimi dərhal süni surətdə düşmən obrazı yaradılır. Düşmənlə müvəfəqqiyyətli mübarizə konteksdində əhalinin fikri tamamilə başqa bir istiqamətə  yönləndirilir və hakimiyyətin ətrafında xalqın sıx birləşməsinə şərait yaradılır. Yəni bu bir siyasi təbliğat maşınıdır. Bunun arxasında ciddi əsasların dayandığını qətiyyən demək olmaz. Onu da nəzərə almaq lazımdır ki, Suriya ilə bağlı bu ilin fevral ayında ABŞ-ın indiki dövlət katibi Pompeonun (baxmayaraq ki, hələlik senat qarşısında tam təsdiq olunmayıb) Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru olduğu bir zamanda Rusiya kəşfiyyat orqanlarının rəhbərlərinin ABŞ-a gizlicə gətirilib, məxfi görüşün keçirilməsi haqqında konkret informasiyalar var. Hansı ki, bu Rusiyanın kəşfiyyat orqanlarının başçılarına məhz ABŞ tərəfindən sanksiyalar tətbiq olunub və onların bu ölkəyə girişinə qadağa qoyulub. Məhz bu məxfi görüşdə Suriya ilə bağlı uzunmüddətli müzakirələrdən sonra gizli bir anlaşma əldə olunub ki, nə olursa olsun Suriyada ABŞ ilə Rusiya heç bir vəchlə birbaşa müharibəyə girməyəcək. Bu anlaşma haqqında hətta bir neçə səhifəlik hesabatı da ABŞ-ın prezidenti Donald Trampa təqdim olunub. Ona görə də bu cür razılaşmaların və anlaşmaların olduğu təqdirdə bu gün Suriyada ABŞ-la Rusiyanın birbaşa qarşı-qarşıya gəlməsini gözləmək hesab edirəm ki, o qədər də ciddi deyil”.

Politoloq qeyd edib ki, həm Rusiyada, həm də ABŞ-da özünə hesabat verən insanlar var ki, bu iki nəhəng dünya dövlətinin Suriya cəbhəsində üz-üzə gəlməsi təkcə böyük bir nüvə müharibəsinə səbəb ola bilər: “O baxımından düşünürəm ki, Rusiya televiziyasında bu cür informasiyaların verilməsi ictimai rəyi xüsusi bir yönə yönəltmək xarakteri daşıyır və bu da Rusiya təbliğat maşınının uzunmüddətli strategiyasıdır. Hər hansı bir savaş olmayandan sonra və Rusiya ABŞ raketləri tərəfindən vurulmayacaqsa, Rusiyada yaşayan azərbaycanlıların hansı problemi ola bilər? İkincisi, Rusiyanın özündə bu gün iqtisadi çətinliklər var ki, bu da təkcə orada yaşayan azərbaycanlılar üçün deyil, bütövlükdə Rusiya əhalisi üçündür”.

Həmçinin oxuyun

Ömrünün 8 ili məhbəsdə, qalanı Kəlbəcərsiz keçən adsız xalq şairi…

Kəlbəcər deyəndə gözümün qarşısına şəkillərdə gördüyüm füsunkar mənzərəsindən də əvvəl əsrarəngiz bir adam gəlir. Şair …