Çərşənbə , Yanvar 16 2019
Ana səhifə / Cəmiyyət / Cəlilabadda yol polisi hamilə qadını xilas etdi

Cəlilabadda yol polisi hamilə qadını xilas etdi

Yol polisinin əməkdaşı ağır vəziyyətdə yolda qalan hamilə qadının və körpəsinin həyatını xilas edib. 
Hadisə Cəlilabad rayonunda baş verib. Rayon ərazisində xidmət aparan Yol patrul xidmətinin əməkdaşı, baş çavuş Sadiq Səfərov yol kənarında hərəkətsiz halda dayanmış “VAZ 2106” markalı avtomobilin sürücüsünə yaxınlaşaraq onun dayanma səbəbini soruşub. Məlum olub ki, avtomobildəki hamilə qadını xəstəxanaya aparmaq istəyən sürücü yolu tapa bilmir. Dərhal sürücüyə bələdçilik edən Yol patrul xidmətinin əməkdaşı xəstəni yaxınlıqda yerləşən xəstəxanaya çatdırıb.
Gülnar Quliyevaya vaxtında ilkin tibbi yardım göstərildiyindən övladının tələf olmasının qarşısı alınıb.
VIPedu.BIZ

Həmçinin oxuyun

Psixoloq: “Bu cür xəbərlər insanlarda travma yaradır”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq 18-i …