Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Cəmiyyət / Cəlilabadda orta məktəb xadiməsinin zorlayan müəllim həbs edilib

Cəlilabadda orta məktəb xadiməsinin zorlayan müəllim həbs edilib

Cəlilabad Rayon Prokurorluğu rayonda baş verən seksual xarakterli zorakılıq hadisəsi ilə bağlı məlumat yayıb.

Prokurorluqdan verilən məlumata görə, Cəlilabad rayonu, Muğan kənd sakini Rəna Cəfərovanın (ad, soyad şərtidir) həmkəndlisi Qadir İsayev (ad, soyad şərtidir) tərəfindən bir il əvvəl zor tətbiq edilməklə seksual xarakterli zorakılıq hərəkətlərinə məruz qalması, eləcə də sonuncunun həmin hərəkətləri mobil telefonla çəkərək yayması faktına görə Cəlilabad Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 150.1 (seksual xarakterli zorakılıq hərəkətləri) və 242-ci (pornoqrafik materialları qanunsuz yayma) maddələri ilə cinayət işi başlanıb.

R.Cəfərova iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər aparılıb.

Q.İsayev iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Həmçinin oxuyun

Rövşən Rzayevi o əvəz edəcək… – İDDİA

Etibarlı mənbələrdən gundelik-baku.com-a verilən məlumata görə Mahir Abbaszadə QAÇQINKOM-a sədr keçməyə hazırlaşır və olduqca iddialıdır.Hətta …