Ana səhifə / Cəmiyyət /  CƏLAL ƏLİYEVİN QƏBRİNİN ÜSTÜ NİYƏ GÖTÜRÜLMÜR?

 CƏLAL ƏLİYEVİN QƏBRİNİN ÜSTÜ NİYƏ GÖTÜRÜLMÜR?

Dünən Fəxri Xiyabanda heç gözləmədiyim, bir az da üzücü, daha bir olaya sarsıldım. Bəri başdan deyim ki, indi haqqında danışağım məsələ, şahidi olduğum olayın qəhrəmanının özü və şəxsiyyəti kimi, cəmiyyət tərəfindən birmənalı qarşılanmayacaq və mən də bunun fərqindəyəm, amma…

Amması-filanı yoxdu məsələnin, bu gerçək bir sensasiya, böyük bir skandaldı. Söhbət,  bu ilin fevral ayının 2-sində Fəxri Xiyabanda dəfn olunmuş  Cəlal Əliyevin qəbrüstünün hələ də götürülməməsindən gedir. Mən bu məsələnin niyə bu qədər uzanmasından və bunun səbəblərindən heç danışmaq istəmirəm. Zatən, iki gündür ki, bu haqda onlarla müzakirələrim olub və bu olaya istər müsbət, istərsə də mənfi yönlərə yozula biləcək onlarla  da versiya eşitmişəm. Açığı, indi bu versiya və variantların hasının həqiqətə daha yaxın olduğunu düşünmək belə istəmirəm. Heç, Calal Əliyevin, hakim aiənin üzvü, hazırkı prezidentin dost-doğma əmisi, mərhum prezident Heydər Əliyevin isə doğmaca qardaşı olduğunu da xatırladıb, olaydan xüsusi nətəcələrə varmağa da ehtiyac duymuram. Zatən bunu dünya-aləm bilir və bunu söyləməklə ancaq məsələnin mahiyyətindən yayınmaq mümkündür.

Calal-Əliyevin-qəbri-003

Birincisi Cəlal Əliyev dünyasını dəyişdiyi anda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin üzvü, AMEA-nın həqiqi üzvü, biologiya elmləri doktoru titullarına sahib idi, hələ yaşadığı illər boyunca neçə dəfə millət vəliki seçildiyini, müxrəlif səvilləli və dərəcəli dövlət  mükafatları laureatı olduğunu, çeçidli mükafatlara layiq görüldüyünü,  onlarla yüksək dərəcəli orden və medallarla təltif olunduğunu demirəm. Bütün hallarda, bir millətin akademik rütbəli oğlunun Fəxri Xiyabanda dəfn olunmasından doğal nə ola bilərdi ki?

Bu biri tərəfdən də Fəxri Xiyaban dövlətin və millətin əlahiddə səlahiyyətində olan bir yerdi və burda basdırılan hər kəsin qəbrinin üstü  də, üsulunca dövlət tərəfindən və mümkün olduğu qədər tezliklə götürülməlidir. Bütün hallarda mərhum akademikin vəfatından ötən 7 ay, onun qəbirüstünün  götürülməsinə yetər, bir az da artıq qalardı. Amma, indiki mənzərə, açığı heç xoş bir şey deyil və dövlət bir an öncə məsələni həll edib, bu səbəbdən yaranan şayiələrə və artıq-əskik söz söhbətlərə son qoymalıdır.  

Məsələnin ikinci boyutuna isə növbəti yazıda qayıtmağı  düşünürəm Umarım və dilərim ki, o zamanacan Cəlal Əliyevin qəbrinin üstü də götürülər və dövlətin də, dövlət ərkanının da adına utanc gətirən bu məsələ layiqincə həllini tapar.  Hər halda cəmi bir neçə aya dünyanı mat qoya biləcək ölçülərdə böyük və möhtəşəm udman qurğuları tikib, Avropa Oyunları,  “FORMULA1” yarışları təşkil etmək və keçirmək qüdrətində olan bir ölkədə akademikin qəbirüstünün götürülməsi problemə çevrilməməlidi.   

Bu arada, məsələnin  7 ay ərzində medianın diqqətindən niyə bu qədər kənarda qalmasına heç bir izah tapa bilmədim. Bə bu ölkənin özündən razı gündəlik qəzetləri, parıltısı göz qamaşdıran xəbər portalları, direktorlarının təkəbbüründən yer yarılan informasiya agentlikləri, başları çal-çağıra qarınmış telekanalların xəbər departamentləri hara baxırlar görən?

Sərdar Əlibəyli

Həmçinin oxuyun

Nazim Bəydəmirlinin həbs müddəti yenə uzadıldı

Sabiq deputat Nazim Bəydəmirlinin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına …

Bir cavab yazın