Şənbə , May 21 2022
Ana səhifə / Cəmiyyət / “Çəkdiyim ağrı-acıya görə peşman deyiləm” – Xumarı xilas etməyə çalışan gömrükçü

“Çəkdiyim ağrı-acıya görə peşman deyiləm” – Xumarı xilas etməyə çalışan gömrükçü

Xəbər verdiyimiz kimi, intihar edən məktəbli qızı xilas etməyə çalışarkən ağır xəsarətlər alan gömrük işçisi evə buraxılıb.

Zahid Niyazov bununla bağlı feysbuk səhifəsində məlumat paylaşıb.

O qeyd edib ki, artıq müalicəsini ev şəraitində davam etdirir:
“Artıq hər şey yaxşılaşıb. Sağlamlığıma qovuşduğuma görə əziyyəti keçən hər kəsə, həkimlərə təşəkkürümü bildirəm. Vəziyyətimlə maraqlanan hər kəsə minnətdaram. Çəkdiyim ağrı-acıya görə peşman deyiləm. Əfsuslar olsun ki, 17 yaşlı Xumar balanı xilas edə bilmədim. Buna görə çox üzülürəm, məyusam. Xumar balanın valideynlərinə başsağlığı verirəm. Allahdan o gözəl balamıza rəhmət diləyirəm”.

Xatırladaq ki, mayın 3-də 2005-ci il təvəllüdlü Xumar Babayeva özünü binadan ataraq intihar edib. Hadisə zamanı aşağıda dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazov onu xilas etməyə çalışarkən ağır xəsarətlər alıb.

Həmçinin oxuyun

“Danışanı tutub 15 il həbs verirlər“ – Kamran Həsənli

“Təbii ki, rusların canında şovinizm var. Çünki onlar imperiya xalqıdır, ömür boyu imperiya olub, işğalla …