Ana səhifə / Cəmiyyət / “Cəhənnəm olsunlar, Əbülfəs Qarayevə sual verin, görün xəbəri var?“ – Şok ittihamlar

“Cəhənnəm olsunlar, Əbülfəs Qarayevə sual verin, görün xəbəri var?“ – Şok ittihamlar

“Oğlanlar var ki, 30-40 ildir heç yada düşmürlər. Yenə tamaşaçılarıma qurban olum, məni sevdirən məhz elə onlardır. Mədəniyyət Nazirliyinə qalsaydı, adım heç dəftərdə olmazdı”

Bu sözləri Əməkdar artist Baloğlan Əşrəfov deyib. Müğənni Mədəniyyət Nazirliyinin fəaliyyətini sərt şəkildə tənqid edib:

“Sovet hökumətin vaxtında çox çalışırdım. Polad Bülbüloğlu özü ansamblımı yaradanlardan biri olub. Onda mənə Əməkdar artist fəxri adı verilməli idi, amma vermədilər. Bunu elə vaxtda verdilər ki, mənim demək olar ki, əməyimin ən gözəl vaxtları getmişdi. Ondan sonra Mədəniyyət Nazirliyində baş verənlərlə maraqlanmadım. Amma onu bilirəm ki, indi fəxri ad alanların əksəriyyətindən heç Əbülfəs Qarayevin özünün də xəbəri yoxdur. Son zamanlar fəxri ad alanlarla bağlı nazirə sual verin görün heç xəbəri varmı? Heç mən tələb də etmirəm, cəhənnəm olsunlar, Baloğlan kimi öz adım var. Sadəcə olaraq Xalq artisti fəxri adının fərqi onda idi ki, dövlət tərəfindən sənə müəyyən imtiyazlar edilir, bunu da almayandan sonra heç danışmaq da istəmirəm. Oğlanlar var ki, 30-40 ildir heç yada düşmürlər. Yenə tamaşaçılarıma qurban olum, məni sevdirən məhz elə onlardır. Mədəniyyət Nazirliyinə qalsaydı, adım heç dəftərdə olmazdı. Bu günə kimi əlimdən nə gəlib etmişəm. Azərbaycanda elə bir mədəniyyət evi göstərin və əgər orda konsertim olmayıbsa, mənə nə istəsəniz, deyin. 

Baloğlan adını Azərbaycanda şəhərdən tutmuş dağ rayonlarına qədər soruşsunlar əgər məni tanımasalar, Əməkdar artist fəxri adı mənə haram olsun. Axı belə deyil. Mən camaatda şəhvət hissi oyatmamışam, vətənimə xəyanət etməmişəm, oxuduğum ancaq saf sevgi və vətən uğrunda olub. Bəs onda nə səbəb var ki, mənə Xalq artisti fəxri adı verilmir, özümü “sındırmamışam” və heç bundan sonra da “sındırmayacam”. Öz mədəniyyətimi, şəxsiyyətimi qoruduğum və özümü sevdiyim üçün belə şeyləri ortaya atıb xırdalıqlara gertmirəm. Ən dəhşətlisi budur ki, mənə fəxri ad verilməsinə maneçilik törədən şəxslər vəzifədən çıxandan sonra çox adam dedi ki, onun haqqında danış, amma mən bunu etmədim. Onlardan biri elə Fatma Abdullazdədir ki, o, xanım demişdi ki, bütün Azərbaycana fəxri ad verəcəm, amma Baloğlandan başqa. Mənə Əməkdar artist fəxri adını da cənab prezident İlham Əliyev verib. Allah İ.Əliyevin canın sağ eləsin. Bu günə kimi öz abrıma qısılıb susdum, amma Mədəniyyət Nazirlindəkilər utanmadılar”.  /Moderator.az

Həmçinin oxuyun

Azərbaycanlı şirkət rəhbəri “McDonald’s”a görə xalqı təhqir edir – FOTO

“Buglance” şirkətinin təsisçisi və direktoru Toğrul Səməd (Səmədov) “McDonald’s”ı Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə dəstək …