Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Cəbrayıl Rayon İcra Hakimiyyəti Cocuq Mərcanlıya niyə köçmür?

Cəbrayıl Rayon İcra Hakimiyyəti Cocuq Mərcanlıya niyə köçmür?

 

Öl­kə baş­çı­sı İl­ham Əli­ye­vin sə­rən­ca­mı ilə Cəb­ra­yı­lın Co­cuq Mər­can­lı kən­din­də apa­rı­lan iş­lə­rin nə­ti­cə­si ar­tıq göz qa­ba­ğın­da­dır. Öl­kə baş­çı­sı­nın 15 iyun ta­rix­li sə­rən­ca­mı ilə Co­cuq Mər­can­lı kən­din­də ti­kin­ti-bər­pa və abad­lıq-qu­ru­cu­luq iş­lə­ri­nin da­vam et­di­ril­mə­si, o cüm­lə­dən 100 fər­di ya­şa­yış evi­nin, uşaq bağ­ça­sı­nın, hə­kim mən­tə­qə­si­nin, di­gər zə­ru­ri so­si­al və in­fras­truk­tur ob­yekt­lə­ri­nin ti­kin­ti­si məq­sə­di­lə Pre­zi­den­tin eh­ti­yat fon­dun­dan Qaç­qın­la­rın və Məc­bu­ri Köç­kün­lə­rin İş­lə­ri üz­rə Döv­lət Ko­mi­tə­si­nə 9 mil­yon ma­nat ay­rı­lıb.

Bü­tün bun­lar döv­lət sə­viy­yə­sin­də Co­cuq Mər­can­lı­da iş­lə­rin apa­rıl­dı­ğı­nın gös­tə­ri­ci­si­dir. İş­ğal­dan tam azad edi­lən kən­din Cəb­ra­yıl ra­yo­nu­na aid ol­du­ğu­nu nə­zə­rə al­saq, hə­min ra­yo­nun ic­ra ha­ki­miy­yə­ti­nin də hə­min qə­sə­bə­yə kö­çü­rül­mə­si zə­ru­ri ol­maz­mı?

Hü­quq­şü­nas Ta­ğı Qəm­bə­rov qə­ze­ti­mi­zə bil­dir­di ki, ic­ra ha­ki­miy­yə­ti­nin bi­na­sı­nın Co­cuq Mər­can­lı­ya kö­çü­rül­mə­si həm də bö­yük sim­vo­lik mə­na da­şı­yar: “Çün­ki Co­cuq Mər­can­lı iş­ğal al­tın­da olan Cəb­ra­yı­lın biz­də olan ye­ga­nə əra­zi­si­dir. Cəb­ra­yı­lın İc­ra Ha­ki­miy­yə­ti­nin bi­na­sı­nın Co­cuq Mər­can­lı­ya kö­çü­rül­mə­si üçün, mə­nə elə gə­lir ki, heç bir hü­qu­qi bar­yer yox­du. Qa­nun­ve­ri­ci­lik bu­na tam im­kan ve­rir. Qə­sə­bə­də apa­rı­lan qu­ru­cu­luq iş­lə­ri ilə ta­nış olan­da gö­rü­nür ki, yük­sək sə­viy­yə­li in­fras­truk­tur ya­ra­dı­lıb. Yə­ni ic­ra ha­ki­miy­yə­ti­nin apa­ra­tı or­da tam fəa­liy­yət gös­tə­rə bi­lər. An­caq bu­nun baş­qa bir cə­hət­dən bir qə­dər prob­lem ola bi­lə­cə­yi­ni də dü­şü­nü­rəm. Bi­lir­si­niz ki, qaç­qın ic­ra ha­ki­miy­yət­lə­ri­nin iş­çi­lə­ri əsa­sən Bi­lə­su­var və ona ya­xın ət­raf­da cəm­lə­şib. Elə bu sə­bəb­dən də İc­ra Ha­ki­miy­yə­ti or­da yer­lə­şir. İn­di mə­sə­lə­nin tex­ni­ki tə­rə­fi­nə diq­qət edək. Han­sı­sa köç­kün ai­lə­si­nə ic­ra ha­ki­miy­yə­tin­dən al­ma­ğa bir sə­nəd la­zım ola­caq­sa, hə­min adam gə­rək bö­yük bir mə­sa­fə­ni qət edib Co­cuq Mər­can­lı­ya get­sin. Bu da Bi­lə­su­var və ona ya­xın əra­zi­lər­də da­ha kom­pakt məs­kun­la­şan cəb­ra­yı­lı­lar üçün əla­və prob­lem ya­ra­da bi­lər. He­sab edi­rəm ki, hü­qu­qi və smvo­lik mə­na ba­xı­mın­dan be­lə bir yer­də­yiş­mə­ni et­mək­də nə­sə prob­lem yox­du, an­caq tex­ni­ki as­pekt­dən ola bi­lər”.

Xa­tır­la­daq ki, Cəb­ra­yıl ra­yo­nu 25 av­qust 1993-cü il ta­rix­də ra­yon Er­mə­nis­tan or­du­su tə­rə­fin­dən iş­ğal olu­nub. Cəb­ra­yı­lın İc­ra ha­ki­miy­yə­ti­nin bi­na­sı ha­zır­da Bi­lə­su­var­da yer­lə­şir.

Azinforum.az olaraq bildiririk ki, indiyə qədər bir çox iş adamları da Cocuq Mərcanlıda istehsal sahələri, yeni iş yerləri açacaqlarına söz versələr də, dövlətdən başqa həmin qəsəbədə real iş görən kimsə gözə dəymir. Bəzi iş adamları isə bunun səbəbini rayon icra hakimiyyətinin onlara yaratdığı süni əngəllərlə əlaqələndirir. Hər halda, Azərbaycan üçün işğal edilmiş torpaqlara böyük qayıdışı simvolizə edən həmin qəsəbə ilə bağlı proseslərə əlaqədar qurumlar ciddi nəzarət etməlidir. Qoy bəlli olsun ki, iş adamlarına verdikləri vədi yerinə yetirməyə nə mane olur?

Rövşən ƏLİ

Azinforum.az

Həmçinin oxuyun

“Baboşlar efirə çıxarılır, kişi kişiylə evlənir, çünki…” – Rasim Balayev

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev  “TV Müsavat”-a müsahibə verib. AKİ sədri  ittifaq …

Bir cavab yazın