“Bizim Konstitusiyasının 52-ci maddəsinə əsasən, Azərbaycanda doğulmuş şəxslər Azərbaycan vətəndaşı hesab edilir”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
O bildirib ki, bu, eyni zamanda Qarabağda doğulmuş şəxslərə də aiddir:
“Azərbaycan vətəndaşlığı məsələsi Qarabağ sonradan köçürülənlərə aid olmamalıdır”.
F. Mustafa qeyd edib ki, Azərbaycanda 2 sülhməramlı qüvvə var:
“Biri Rusiya sülhməramlılarıdır, ikincisi isə Bakıda oturan Kanadanın, ABŞ-ın, nə bilim haranın qüvvələridir. İndi onlar Rusiya sülhməramlılarına qarşı mübarizə aparırlar”.
Deputat təklif edib ki, təqvimdən bütün matəm günləri çıxarılsın:
“Qalib dövlətin ancaq qələbə günləri olmalıdır. Matəm günlərinin təqvimdən çıxarılmasına baxılmalıdır”. APA
