Cümə axşamı , İyul 29 2021
Ana səhifə / Cəmiyyət / Buraxılış imtahanlarında maksimum nəticə göstərən Həcər – VİDEO

Buraxılış imtahanlarında maksimum nəticə göstərən Həcər – VİDEO

9-10 iyun tarixlərində keçirilmiş buraxılış imtahanlarında dörd şagird maksimum nəticə göstərib.

Belə ki, 9-cu sinif şagirdi olan 4 nəfər 300 bal toplayıb.

Bunlardan ikisi texniki-humanitar liseyin şagirdləri Aysel Sadıqova və Aysel Səfərzadə, digəri 291 nömrəli ekologiya liseyinin şagirdi Tagıyeva Zöhrə, biri isə 47 nömrəli tam orta məktəbin şagirdi Sadıxova Həcərdir.

Maksimum nəticə göstərən Həcər deyir ki, yüksək bal toplayacağına inansa da, bütün sualları düz yaza biləcəyi heç vaxt ağlına gəlməyib.

Həcərin sözlərinə görə, ailəsi və müəllimləri ona özündən daha çox inanıb. O, yalnız ingilis dili və riyaziyyat fənni üzrə hazırlıqlara gedib. Dərslərin onlayın keçirilməsi isə məqsədini dəyişməyib. Demək olar ki, hər gün axşam saat 9-a qədər fasiləsiz dərs oxuyub.

Onun bundan sonrakı məqsədi daha çox çalışıb, ən yükək nəticəni qəbul imtahanında toplmaqdır. İstədiyi balı toplayarsa Bakı Dövlət Universitetinin hüquq fakültəsini seçəcək.

Həmçinin oxuyun

Rəsmi qurumlar bunu niyə açıqlamır, məqsəd nədir?

“Rəsmi qurumlar hazırki yoluxma sayında olan ağır xəstələrin faiz dərəcəsini açıqlamalıdırlar! Niyə açıqlamırlar? Məqsəd nədir? …