Cümə axşamı , May 26 2022
Ana səhifə / Cəmiyyət / “Burada indi elə biznes başlayacaq ki, qardaş, oy,oy,oy…”

“Burada indi elə biznes başlayacaq ki, qardaş, oy,oy,oy…”

Şimali Osetiya bölgəsinin qaçaqmalçıları  Qərbin Rusiyaya qarşı tətbiq etdiyi çoxsaylı sanksiyalardan, o cümlədən aparıcı smartfon, televizor, kompüter və s. istehsalçılarının Rusiyaya mal satmağı dayandırmasından yaxşı qazanc mənbəyi kimi istifadə etməyə hazırlaşırlar. Bu haqda “Arqumenti i Faktı” nəşrinin Vladiqafqazdan hazırladığı reportajda deyilir.

…Vladiqafqazın qarla örtülü bulvarlarından birində qadın dayanıb. Kənardan baxanda sanki gəzintiyə çıxıb, heç nə etmir: arabir soyuqdan donan əllərini ovuşdurur. Lakin bura valyuta alverçilərinin hələ 90-cı illərdən tanınan “toçkası”dır. Bura qara bazar məzənnəsi ilə dollar almaq istəyənlər gəlirlər-valyuta alverçilərində isə hər şey tapılır-dollar, avro, gürcü larisi, erməni dramı, Azərbaycan manatı.

Son günlər isə bu “toçkada” həm də Gürcüstana gedib sanksiyaların altına düşən malları alıb gətirmək təklifini qəbul edirlər. “Bax indi Moskvada mağazalarda ayfon 130 min rubla qədər bahalaşıb. Tbilisidə isə onu 75 min rubla almaq olar, alıb  gətirməyə görə faiz götürəcəklər, amma nəticədə bura uzağı 90 minə gəlib çıxacaq. Və sonuncu marka planşet də gətirə bilərik, ümumiyyətlə nə lazımsa. Burada indi elə biznes başlayacaq ki, qardaş, oy, oy, oy…”, – Teymuraz adlı vasitəçi deyir.

Sanksiyalarla bağlı artıq Rusiyada qaçaqmal qara bazarının yaranacağı haqda danışırlar. Şimali Osetiya qaçaqmalçıları üçün indi əsl fürsət yaranıb, onlar ötən əsrin 90-c illərində də bu işlə məşğul idilər. Sərhəddən qaçaqmal keçirmək onlar üçün su içimi kimi asan işdir.

“Mən 90-cı illərdə Şimali Osetiyada qaçaqmalçılığın miqyasını yaxşı xatırlayıram. O zaman adam bir ilin ərzində dollar milyonçusu ola bilərdi. Gürcüstandan bütöv furalarla dolu siqaretlər (onların çoxu sexlərdə istehsal olunurdu, saxta idi), içkilər, Türkiyə malları gətirirdilər. Bu tranzit böyük sayda adamlar üçün yaxşı dolanışıq mənbəyi idi. Əlbəttə, sərhədçilər və gömrükçülər də hər iki tərəfdən öz haqlarını alırdılar. Hesab etmirəm ki, indi də o formada olacaq, ancaq sanksiyalar altına düşən bir çox malları yenə də gətirənlər tapılacaq”, – Vladiqafqazdakı KVN teatrının rəhbəri Soslan Pliyev deyir.

Yerli biznesmen Stanislav Tokmayev isə hesab edir ki, yaxın zamanlarda Gürcüstan, Azərbaycan və Qazaxıstan sərhədləri qıt malların əldə edilməsi üçün əsas istiqamət olacaq. “Avropa bizim üçün bağlanıb, Çin isə koronavirus pandemiyasına görə hələ sərhədlərini açılmayıb. Biznesmenlər şokdan ayılan kimi sifarişlər gələcək – elektronikadan tutmuş stomatoloji avadanlıqlara, bir çox digər mallara…”, – o bildirir. virtualaz.org

Həmçinin oxuyun

9 min manata Həcc ziyarəti? – “QMİ məsələyə aydınlıq gətirməlidir“

Bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb. Həcc ziyarətinin qiyməti bir nəfərə …