Şənbə , Avqust 20 2022
Ana səhifə / Cəmiyyət / “Bura gələn sünni əhlinin sayı çoxalıb” – Hacı Qamət

“Bura gələn sünni əhlinin sayı çoxalıb” – Hacı Qamət

Bakının Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsində yerləşən “Əbu-Bəkr” məscidi “Cümə məscidi” adı ilə fəaliyyət göstərəcək. Ötən il məsciddə başlamış təmir-bərpa işləri hələ yekunlaşmayıb.

2021-ci ildə məsciddə bərpa-gücləndirmə işlərinin aparılması üçün 2 881,728 min manatlıq satınalma müqaviləsi imzalanıb.

Bakı Şəhər İcra Hakimiyyəti yanında “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC məscidin bərpası ilə əlaqədar yenidən tender elan edib. Adıçəkilən məscid 1997-ci ildə inşa olunub və 2008-ci ilə qədər fəaliyyət göstərib.

2008-ci ildə məsciddə baş verən terror nəticəsində 2 nəfər ölüb, 18 nəfər yaralanıb.  Yaralananlar arasında məscidin imamı Qamət Süleymanov da olub. Azərbaycan polisi terror aktında İlqar Mollaçıyevin rəhbəri olduğu “Meşə qardaşları” qrupunu günahlandırmışdı.

Məscidin imamı Qamət Süleymanov “Toplum TV” yə açıqlama verib. O deyib ki, məscidin əvvəlki adı da Cümə məscidi olub. Şəhərdə bir neçə “Cümə” məscidinin olması, onların hər birinin alternativ ikinci adı olmasına gətirib çıxarıb. Ona görə camaat arasında məscidi Əbu Bəkr kimi tanınıb.

İmam məscidin uzun illər qapalı qalmasına da münasibət bildirib: “Mənə elə gəlir ki, ilin sonuna qədər işləri yekunlaşdıracaqlar. Məscidin bağlı olmasına baxmayaraq, bura gələn sünni əhlinin sayı çoxalıb”.

İllər öncə “Azadlıq Radiosu”na müsahibə verən Q. Süleymanov məscidin bağlanmasının gənclər arasında mənfi meyllərin yaranmasına səbəb olacağını, onların daha da radikallaşacağını bildirmişdi. Həmin zamanlar imam ölkədəki etiqad zəminində ayrı-seçkilikdən də şikayətlənirdi. Deyirdi ki, digər dinlərin nümayəndələrinə qarşı münasibət daha yaxşıdır:

“Məsələn, Yahova şahidləri, yəhudilər rahatlıqla öz dəvətlərini edirlər, evlərə gedirlər, küçədə kitablar paylayırlar. Amma bunu bizlərdən birimiz etsək, dərhal polis tutub aparar, bizi təhqir edərlər, ola bilər, hətta 10-15 günlüyünə həbs də edərlər. Bu da radikallığın yayılmasına hardasa təsir göstərir. Biz hər kəsi səbirli olmağa çağırırıq. Onlara deyirik ki, belə şeylərə inanmayın, əsl müsəlman yəhudilərlə də, xristianlarla da dost olmalıdır. Lakin təminat yoxdur ki, bu cür sıxışdırmalar qeyri-müsəlmanlara qarşı radikallığa aparıb çıxartmasın”.

Q. Süleymanov bu gün verdiyi son açıqlama isə əvvəlki fikirlərindən fərqli olub. O bildirib ki, ölkədə dini ab-hava normaldır.

“Dövlət tərəfindən müəyyən tədbirlər görülüb. Xarici ölkələrdə vuruşan din başçılarının bəzilərinin döyüşlərdə həlak olması, yaxud da getməsi ölkədə olan dini qrupların üslublarını dəyişib. Bir növ zəifləyiblər”,- deyə o bildirib.

Həmçinin oxuyun

“Kəmaləddin Heydərov orada tüstü çıxırsa, mütləq o ocağı söndürməlidir”

“İşdə məhəbbət macərası deyim, yoxsa biabırçılıq, bilmirəm… Hər halda, heç bir müəssisə belə şeydən sığortalanmayıb. …