Cümə , Fevral 3 2023
Ana səhifə / Cəmiyyət / “Bunlar qudurublar, çaşıblar, hamısı həbs olunmalıdır!” – Xalq artisti

“Bunlar qudurublar, çaşıblar, hamısı həbs olunmalıdır!” – Xalq artisti

“Ataların bir misalı var: “ölünü öz başında qoyanda, şıllaq atıb, kəfənini cırır”. Deməli, bunlar qudurublar, çaşıblar. Yəni “bezpridel”lik edirlər.

Bu sözləri Yenisabah.az-a açqılamasında Xalq artisti, Şeyx Əbdül Mahmudbəyov deyib.

Rejissor televiziyalarda baş verən qalmaqaldan və bunların milli-mənəvəi dəyərə vurduğu zərbələrdən söz açıb.

Sənətçiyə görə, bu gün Azərbaycan televiziyaları işini-gücünü atıb Azərbaycan xalqını gözdən salmaqla, rüsvay etməklə və həmin yollarla da pul qazanmaqla məşğuldur:

“Adını da qoyublar müstəqil televiziya və reklam. Nə reklam, ə, başım çıxmır?! Azərbaycan xalqının mənəviyyatını 5-3 nəfər pul qazanan “moşennik” reklamçıların marağına qurban verməliyik?! Kimdir o adamlar? Gecə-gündüz, “pampers”, “poroşok” reklamı edənlər. Televiziyaları açmaq olmur, biri saçını belə qırxır, biri xına qoyur, ağızlarına gələni edirlər. Bu nədir?! Kimlərsə pul qazanır, kütləvi şəkildə televiziya reklam edir, gündəmə gətirilir, arxasında da əxlaqsız, musiqisi, səsi, ifa mədəniyyəti olmayan, bədəninin ora-burasını sıxan, eybəcər-eybəcər qadınlarla, gədələrlə ekranı doldururlar. Bu nədir?! Haradadır Azərbaycanda belə sənət mühiti, belə sənət?! Kimdir bunlara day-daylıq edən, arxa duran?!”

“Gör, nə qədər qudurublar ki, Prezidentin çıxışlarını, parlament müzakirələrini kəsirlər, başlayırlar arvadları, qızları müzakirə etməyə. Ay, nə bilim, ətəyi belə gəldi, geyimi belə getdi, filankəs ev tikdi və s. O ev tikənləri yoxlayan var?! Bu evləri kim tikib? Kimdir bu maketləri tikib, camaatı aldadan?! Hansı pula tikib satırlar?! Onların dövlətə köçürdüyü deklorasiyalar var?! Millət it əzabıyla qazandığını çörəyə verir, millət dilənçi vəziyyətdədir, bunlar öz kefindədirlər. Aparıcı kimdir?! Dövlətin problemləri qalıb orada, burada ər arvadından, qız atasından qaçır. Qardaş qardaşı öldürür, arvadları gəlir studiyada “razborka” edirlər. Bu dövlətin yerli icra hakimiyyətləri yoxdur?! Hara baxır axı bu inzibati orqanlar?! Bunun polisi, məhkəməsi hara baxır?! Bu qara-qara, kirli-kirli adamlar haradan gəlib doluşur efirlərə ki, saatlarla onlara vaxt ayırırlar?!”, – əlavə edib.

Xalq artisinin fikrincə, bu, biabırçılıqdır və SOS harayı qaldırmaq lazımdır:

“Bütün televiziyaların rəhbəri dəyişməli, televiziyalar daralmalı və elə verilişlər dayandırılmalıdır. Azərbaycanda normal ailə, əxlaqlı, mənəviyyatlı, zəhmətkeş, qeyrətli insanlar yoxdur?! Camaatı maddi təminat baxımından sındırırlar və onları millətə qarşı istifadə edirlər. Biri var ki, göz görmür, bilmirik, amma indi açıq-aydın qoyurlar ortaya hər şeyi. Kimdir o adamlar ki, rayonun polisini, məhkəmə sistemini qoyub gəlirlər? Televiziya istintaq orqanıdır, ya məhkəmə?! Bunların hansı hüququ savadı, hansı mənəvi haqqı var?! TV-lərdə bir-birinə su atıb, ağızlarına gələni danışırlar. Bu verilişlərə 3 saata vaxt ayırırlar. Hansı ki, milli-mənəvi dəyərlərimizdən, ədəbiyyatımızdan danışmırlar, “moşennik”lərin işlərini gözümüzə soxurlar”.

Şeyx Əbdül yekunda təklif edib ki, bütün televiziyalar təftiş olunmalıdır, belə verilişlərin hamısı dayandırılmalıdır:

“Onun-bunun hesabına evlər tikənlərin hamısı yoxlanmalı və həbs olunmalıdır. İcra başçıları rayondakı iş adamlarından alırlar rüşvəti, amma bunlar millətin əxlaqını məhv edirlər. Bu da tamam fərqli şeylərdir. Mən həmişə demişəm ki, o rüşvətxorların cəzasını dövlət verir, Allah göz qabağında millətin əxlaqıyla oynayanların cəzasını versin. Bunların cəzası daha ağır olmalı deyilmi?! Ona görə də bütün televiziyalar ciddi surətdə dövlət nəzarətinə götürülməlidir. Heç bir televiziya xalqın əxlaqını pozmaqla pul qazana bilməz. Bu mənəviyyatsızlığın qarşısı alınmalıdır!”

Həmçinin oxuyun

Əfv Komissiyasına müraciət edildi, zərərçəkənlər ayağa qalxdı

Azərbaycanın Ukraynadakı səfiri, keçmiş deputat Elmira Axundovanın oğlu Həbib Axundovun da adının keçdiyi dələduzluq olayının …