Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Cəmiyyət / “Bundan sonra milli məfkurəyə sahib ilahiyyatçılar hazırlanacaq” – Seyid Camal Əzimbəyli

“Bundan sonra milli məfkurəyə sahib ilahiyyatçılar hazırlanacaq” – Seyid Camal Əzimbəyli

“Prezident İlham Əliyevin 9 fevral tarixli sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılan İlahiyyat İnstitutu Azərbaycan dövlətinin, xüsusilə dövlət başçısının milli mənəvi dəyərlərə və İslam dininə təəssübkeşliyinin bir daha əyani sübutudur”.
Bu fikirləri açıqlamasında Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli bildirib. Onun sözlərinə görə, Azərbaycan dünyəvi dövlət olsa da, hər zaman ölkəmizdə milli mənəvi irsimizin himayəçisinin dövlətimizin olmasının şahidi olmuşuq: “Böyüyən dünyanın bir parçası olan Azərbaycanda istər dinlərarası, istər məzhəblərarası tolerantlığın, birlik və bərabərliyin qorunmasında göstərilən ən böyük xidmətlərdən biri bu məsələdə dövlətin hamilik etməsidir. Belə bir təhsil ocağının yaradılması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin son illər apardığı uğurlu maarifləndirmə işinin davamı kimi də qiymətləndirilməlidir. Bilirik ki, ölkəmizdə İslamı düşüncədə olan gənclərin Azərbaycanın bütövlüyü üçün xidmət etmələri hər zaman zəruri olub. Amma çox təəssüflər olsun ki, müstəqillik illərindən sonra digər zərərli təriqətlərin, sektaların öz emisarlarının Azərbaycanda yerləşdirilməsinin şahidi olmuşuq. Onlar dövlət tərəfindən zərərsizləşdirilsə də, ideolji baxımdan milli kadrların azlığı yenə də problemlərin olmasına yol açırdı. Bu baxımdan da İlahiyyat İnstitutunun yaradılması düşünürəm ki, Azərbaycanda milli məfkurəyə, şüura, dini kimliyi ilə bərabər milli kimliyini qoruyan və sevgili peyğəmbərimizin “Vətəni sevmək imandandır” mübarək kəlamına söykənən milli kadrların yetişməsinə gətirib çıxaracaq. Həmçinin  institutda təhsil alacaq əsl milli kadrların varlığı illərdir ölkənin dini mühitində kök salan çox saylı “dini dəlallardan” xilas olmağımıza səbəb olacaq.
Onu da qeyd edim ki, dövlət başçısı tərəfindən İlhaiyyat İnstitutuna rektor təyin edilən Ceyhun Məmmədovun həqiqətən Azərbaycan dövlətinin milli mənafeləri baxımından ən doğru seçimdir. Çünki onu tanıyanlar bilir ki, yeni rektor bu sahənin mütəxəssisidir və ilahiyyat sahəsində onlarla elmi araşdırmaların müəllifidir”.
C.Əzimbəyli əlavə edib ki, yeni təhsil ocağının rəhbərliyi ilk günlərdən Azərbaycanda bütün din mənsubları, o cümlədən ölkəmizdə İslam dinin sayılıb-seçilən alimləri, mənəviyyat adamları ilə görüşlər keçirir: “Belə görüşlərin bir neçəsində iştirak etmişəm. Düşünürəm ki, bu uğurlu bir başlanğıcdır. İstərdim ki, Azərbaycanın milli mənafeyi, ölkəmizin yad dini düşüncələrin təsirindən qorumaq üçün gələcəkdə bu təhsil ocağında alimlərlə yanaşı, həm də imam-camaatlar yetişsin. Çünki xarici ölkələrdə dini təhsil alan bəzi insanlar həmin dövlətlərin mənafelərini Azərbaycanın dövlət maraqlarından daha üstün tuturlar. Lakin sevindirici haldır ki, bundan sonra Azərbaycanın bu sahədə yaradılan təhsil ocağında milli iradəyə, məfkurəyə sahib kadrlar hazırlanacaq”.

Həmçinin oxuyun

İşğaldan azad edilən Vəng kəndinə yeni ad veriləcək

Bu gün Milli Məclisin plenar iclası keçiriləcək. “Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi …