Çərşənbə , Oktyabr 23 2019
Ana səhifə / Cəmiyyət / Bulvardakı obyektlərlə bağlı – FƏRMAN

Bulvardakı obyektlərlə bağlı – FƏRMAN

Dənizkənarı Milli Parkın ərazisində yerləşən obyektlərin görünüşü ilə bağlı vahid tələblər konsepsiyası və müvafiq yenidənqurma (rekonstruksiya) proqramı hazırlanacaq.
 
Bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanda əksini tapıb.
Fərmana əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bulvar İdarəsi ilə razılaşdırılmaqla, Dənizkənarı Milli Parkın ərazisində yerləşən obyektlərin görünüşü ilə bağlı vahid tələblər konsepsiyasının və müvafiq yenidənqurma (rekonstruksiya) proqramının layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Həmçinin oxuyun

Azərbaycanda 64 yaşlı qadın əkiz uşaq dünyaya gətirdi

Bu gün Azərbaycanda 64 yaşlı qadınla 70 kişinin əkiz övladları dünyaya gəlib. Cütlük süni mayalanma …