Bazar , Noyabr 29 2020
Ana səhifə / Cəmiyyət / Bu xəbəri oxuyan xanımlar ev işləri görməyə tələsəcək

Bu xəbəri oxuyan xanımlar ev işləri görməyə tələsəcək

Amerikalı səhiyyə mütəxəssisləri qab yumaq kimi ev işlərinin insan ömrünü uzatdığını bildirib.

“Journal of the American Geriatrics Societ” dərgisi bu barədə məqalə yayımlayıb.

Məqalədə amerikalı elm adamlarının 65-99 yaşlı 6000 qadın arasında gerçəkləşdirdiyi araşdırma yer alıb. Onlar bir həftə boyunca qadınların fiziki aktivliyini, 3 il boyunca isə sağlamlığını izləyib.

Əldə edilən nəticələrdə gündə ən az 30 dəqiqəsini fiziki aktivliyə ayıranlar arasındakı ölüm riski 12% olub. Gün ərizndə 1 saat fiziki aktivliyə vaxt ayırmaq isə ölüm riskini 39% azaldır.

Elm adamları təmizliklə məşğul olmaq, qab yumaq və təmiz havada gəzmək kimi işləri fiziki aktivlik kimi dəyərləndirib və onların ömrü uzatdığına böyük təsiri olduğunu bildirib.

Araşdırmanın başçısı Andera Lakroiks belə fiziki fəaliyyətlərin sağlam olmaq üçün yetərsiz saydıqlarını, lakin bu araşdırmadan sonra tam əksinin şahidi olduqlarını deyib. (Publika.az)

Həmçinin oxuyun

“Cəbrayılda rahat gəzə bilərəm, balam orada şəhid olub” – VİDEOREPORTAJ

Azərbaycan Televiziyası 44 gün davam edən Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımız haqqında növbəti süjetini yayımlayıb. Budəfəki …