Ana səhifə / Cəmiyyət / Bu tanınmışların deputatlığa namizədliyi rəsmiləşdi 

Bu tanınmışların deputatlığa namizədliyi rəsmiləşdi 

Deputatlığa iddialılar arasında ən tanınmışlarının namizədlikləri qeydə alınıb. 

 

Axar.az Mərkəzi Seçki Komissiyasının rəsmi saytında namizədliyi qeyd alınan məşhur siyasətçilərin siyahısını tərtib edib.

 

Siyahıda hazırda deputat olanların adlarına daha çox rast gəlinir. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun namizədliyi qeydə alınıb.

 

Həmçinin deputatlardan – Valeh Ələsgərov, Adil Əliyev, Vahid Əhmədov, Arif Rəhimzadə, Aydın Mirzəzadə, Rauf Əliyev, İqbal Ağazadə, Hikmət Babaoğlu, Madər Musayevin namizədliyi artıq rəsmiləşib.

 

Bununla belə, Səttar Mehbalıyev, Rüstəm Xəlilov, Musa Qasımlı, Yaqub Mahmudov, Novruz Aslan, Mahir Aslanov, Astan Şahverdiyev, İmamverdi İsmayılov da namizədliyi rəsmiləşən millət vəkilləridir.

 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Aparat rəhbəri Elçin Quliyev, prokuror Ədalət Həşimov, ictimai fəal Əhməd Şahidov da artıq deputatlığa rəsmən namizəddir.

 

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …

Bir cavab yazın