Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Cəmiyyət / Bu şəxslərin Bakıya girişi üçün güzəşt ediləcək – RƏSMİ

Bu şəxslərin Bakıya girişi üçün güzəşt ediləcək – RƏSMİ

Bakı Beynəlxalq Avtovağzalı da daxil olmaqla respublikanın 56 vağzalında iş rejimi gündəlik qaydada davam edir. Hələ ki heç bir dəyişiklik yoxdur. Dəyişiklik olduğu təqdirdə, Operativ Qərargahın qərarlarına uyğun olaraq hərəkət edəcəyik.

Bunu Teleqraf.com-a açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova deyib.

O bildirib ki, hazırda region, Bakı, yaxud Sumqayıt qeydiyyatı olmasından asılı olmayaraq, bütün sərnişinlərin paytaxtdan rayonlara gedişi təmin olunur:

“Yalnız Bakıya girişdə qeydiyyatla bağlı məhdudiyyət var. Paytaxt qeydiyyatında olanlara giriş-çıxış sərbəstdir. Martın 29-na qədər region qeydiyyatı olanlar Bakıya daxil ola bilməyəcəklər”.

Qurum sözçüsu bildirib ki, məcburi köçkün və qaçqınlara isə müəyyən güzəştlər tətbiq olunur:

“Onların qeydiyyatı Dağlıq Qarabağ bölgələrinədir. Müvəqqəti yaşadıqları yerlə bağlı arayış gətirdikdə, arayışa əsasən şəhərə qayıtmaq üçün onlara bilet təqdim olunacaq”.

Nuridə Allahyarova qeyd edib ki, Bakı-Sumqayıt arasında gediş-gəlişdə məhdudiyyət yoxdur, 33 marşurut xətti üzrə 210 avtobus işləyir.

Xatırladaq ki, bu qərarlar avtobuslarla yanaşı, şəxsi avtomobillərə də şamil olunur. Sərnişinlər vəsiqələri yoxlanıldıqdan sonra paytaxta buraxılacaqlar.

Həmçinin oxuyun

“Ali Baş Komandan və xanımı isti nəfəsi ilə Ağdamın qanayan yarasına sığal çəkdi…”

“Ali Baş Komandanımızın doğma Qarabağın dilbər guşəsi və işğala məruz qaldığı gündən “Ruhlar şəhəri” adlandırdığımız …