Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Cəmiyyət / Bu rayonlarda da sərtləşdirilmiş karantin rejimi tətbiq olunacaq

Bu rayonlarda da sərtləşdirilmiş karantin rejimi tətbiq olunacaq

Goranboy və Göygöl rayonlarında da sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunacaq.

Bununla bağlı Nazirlər Kabineti “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarına dəyişiklik edib.

Qüvvədə olan qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 20 iyul saat 06:00-dək məhdudiyyətlər tətbiq edilib.

Həmçinin oxuyun

“Zəfər” ordeni 900 əyarlı qızıldan hazırlanıb (FOTO)

Azərbaycanın “Zəfər” ordeninin detallı təsviri açıqlanıb.  “Zəfər” ordeni (bundan sonra – orden) 900 əyarlı qızıldan …