Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Cəmiyyət / Bu qurumlar birləşdirilir – Elman Rüstəmovun yerinə o keçəcək – İddia

Bu qurumlar birləşdirilir – Elman Rüstəmovun yerinə o keçəcək – İddia

Elman Rüstəmov Baş nazirin müavini postuna gətirilir.

Ölkə Prezidenti tərəfindən son günlərdə aparılan struktur və kadr islahatlarının yeni dalğası barədə xəbərlər var.

Bu barədə Modern.az-a hökumətdəki mənbələrdən məlumat daxil olub.

Bu məlumatlar sırasında Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun vəzifədən azad ediləcəyi barədə xəbərin gerçək olduğu bildirilir. Mənbənin verdiyi məlumata görə, Elman Rüstəmov vəzifəsindən artıq istefa verib.

Yaxın günlərdə onunla bağlı Prezident tərəfindən yeni sərəncam veriləcəyi gözlənilir. Ölkə başçısının digər sərəncamı ilə E.Rüstəmovun Baş nazirinin müavini postuna gətiriləcəyi bildirilir.

Struktur islahatlarının davamı kimi Mərkəzi Bankın Dövlət Neft Fondu ilə birləşdiriləcəyi vurğulanır. O da qeyd edilir ki, birləşdiriləcək qurumun rəhbərliyinə Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsumov gətiriləcək.

Həmçinin oxuyun

“30 ildir çatladıq, Əliyevdən “vur” əmri, gəlincə rahatladıq…”

Azərbaycanın Qarabağda apardığı 44 günlük savaş ərzində qardaş Türkiyə dövləti və xalqı bu haqq savaşına …