Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Cəmiyyət / Bu qərar xaricdəki soydaşlarımızı da sevindirdi – Professor

Bu qərar xaricdəki soydaşlarımızı da sevindirdi – Professor

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı ölkəmizdən kənarda yaşayan soydaşlarımız tərəfindən də böyük rəğbət və ehtiramla qarşılanıb.

Bu sözləri Azərtac-a müsahibəsində Türkiyədə fəaliyyət göstərən soydaşımız professor Adil Allahverdiyev deyib.

Dövlətimizin başçısının Novruz bayramı ərəfəsində belə bir humanist addım atmasını Azərbaycanda vətəndaş cəmiyyətinin ən dəyərli nümunəsi kimi qiymətləndirən professor deyib:

“Azərbaycan hüquqi dövlətdir. Cinayət, qanun pozuntusu varsa, cəza da olmalıdır. Bağışlamaq isə ədalətin ən ali zirvəsidir. Novruz günlərində əfv olunanların ailələrinə, onların bütün doğmalarına bəxş olunan sevinc bütövlükdə cəmiyyətimizə əsl bayram hədiyyəsidir”.

Həmçinin oxuyun

Atəş səslərinin müşayiəti altında mahnı oxuyan əsgərlərimiz – VİDEO

Bir-birinin ardınca işğal olunmuş yaşayış məntəqələrimizi azad edən ordumuzda ruh yüksəkliyi hiss olunur.  Sosial şəbəkələrdə …