Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Cəmiyyət / “Bu pozğun ünsürlər şəhid ailələrinə catacaq pulları mənimsəyirlər…“ – Çingiz Abdullayev

“Bu pozğun ünsürlər şəhid ailələrinə catacaq pulları mənimsəyirlər…“ – Çingiz Abdullayev

“Bizim aramızda pis insanlar peyda olub. Şəhid ailələrindən pul oğurlayırlar. Şəhidlər bizim yolumuzda şəhadətə qovuşublar. Ancaq bu pozğun ünsürlər onların ailələrinə, övladlarına catacaq pulları mənimsəyirlər”.

Bu sözləri Xalq yazıçısı, “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü Çingiz Abdullayev deyib. Yazıçı cəmiyyətə müraciət edib: “Ey Azərbaycan xalqı, aldanmayın! Rəsmi olaraq yalnız ′′ YAŞAT ′′ Fondu var! Mən bu oğruları Vətən xainləri ilə bir tutardım. Mən onlara nə ad verəcəyimi bilmirəm! Aramızda Nainsanlar da var”. 

Həmçinin oxuyun

Vətən müharibəsinin ilk qələbə müjdəçisi olan qəhrəmanımız — VİDEO

Əli Qəmbərov ailədə 3 qardaşdan yaşca ən kiçiyi idi. Arzusu elə orduda qalıb, hərbçi kimi …