Bazar ertəsi , Yanvar 30 2023
Ana səhifə / Cəmiyyət / Bu nazir müavininin arvadı Dubaya köçdü – FOTO

Bu nazir müavininin arvadı Dubaya köçdü – FOTO

Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin həyat yoldaşı Zemfira Musayevanın Dubaya köçdüyü bildirilir.

Unikal xəbər verir ki, Z.Musayeva bu ilin əvvəlindən Dubaya səfər edib və hələ də Bakıya geri qayıtmayıb. Onun Dubaya köçməsi təsadüfi hal deyil. Belə ki, nazir müavini Yəhya Musayevin Dubaydakı biznes şəbəkəsini məhz həyat yoldaşı Zemfira xanım idarə edir. Zemfira Musayeva təkcə 2022-ci ildə xarici ölkələrə 53 dəfə səfər edib. Onun uçuşları əsasən 2021-2022-ci illəri əhatə edir. Onun uçuşları əsasən London, Dubay və Türkiyəyə olub.
Mərhum nazir Yavər Camalovun dövründə nazir müavini postuna təyin edilən Yəhya Musayevin London və Türkiyədə də biznes şəbəkəsinin olduğu bildirilir. Məlumata görə, Türkiyədəki biznes şəbəkəsi Yəhya Musayevin qaynı İlqarın nəzarətindədir.

Nazir müavininin oğlu Elvin Musayev də tez-tez Dubaya və Türkiyəyə səfər edir. O, sonuncu dəfə 2022-ci ilin oktyabr ayında Dubaydan London, daha sonra isə Türkiyəyə gedib. Elvin Musayev hazırda Bakıdadır.

63 yaşlı nazir müavini Yəhya Musayev Dubaya sonuncu dəfə 14 dekabr 2021-ci il tarixində səfər edib, həmin ayın 30-da isə Bakıya qayıdıb.

Musayevlər ailəsi paytaxtın Səbail rayonunda, Badamdarda, Neftçilər prospektində çox sayda bahalı mülklərə sahibdir. Onların Türkiyədə də bahalı mülkləri, otelləri və restoran şəbəkələri var.

Həmçinin oxuyun

“Şahin, mən gəlmişəm, bəs, sən özün hardasan?” – Şəhid xanımı

Bu gün şəhid, Vətən Müharibəsi Qəhrəmanı Şahin Hüseynbala oğlu Allahyarovun ad günüdür. 29 yanvar 1993-cü …