Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Bu məmur xanım jurnalist barədə ittiham hökmü çıxartırmağı bacardı – amma həbsini istəyirdi

Bu məmur xanım jurnalist barədə ittiham hökmü çıxartırmağı bacardı – amma həbsini istəyirdi

“Sonolay.org” saytının baş redaktoru, jurnalist Ramin Məhəmmədoğlu Füzuli rayon məhkəməsinin 06.06.2017-ci il hökmü ilə 6 ay müddətində islah işinə məhkum edilib.

Bu barədə baş redaktorun özü  Azinforum.az-a məlumat verib.

Baş redaktor bildirir ki, Beyləqan rayon təhsil şöbəsinin müdiri Xuraman Rüstəmovanın qanunsuz yolla müəllimlərin işə götürülməsi, eləcə də digər qanunsuz əməllərini əks etdirən tənqidi məqalələr dərc etdiyinə görə, o təhsil şöbəsinin müdiri Rüstəmova Xuraman Müzəffər qızı tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilib:

“Məhkəmədə xüsusi ittiham qaydasında işə baxılarkən “Sonolay.org” saytında Xuraman Rüstəmovanın barəsində müxtəlif vaxtrlarda dərc edilmiş məqalələrdə ehtiva olunan qanunsuzluqlar, qeyri qanuni yolla, Təhsil Nazirliyindən vacib proseduralardan keçmədən “işə” götürülən müəllimlərlə bağlı yazılanlar öz təsdiqini tapmışdır. Lakin həmin məqalələrdə X. Rüstəmovanın işə götürdüyü müəllimlərdən rüşvət alması məsələsi sübuta yetirilmədiyindən hakim mənim barəmdə 6 ay müddətində islah işi cəzası təyin etdi. Məhkəmədə X. Rüstəmova   barəmdə  çıxarılan hökmlə razılaşmadığını və mənim həbsimi təkidlə tələb etdi”.
“Sonolay.org” saytının baş redaktoru

Ramil Məhəmmədoğlu Füzuli rayon məhkəməsinin 06.06.2017-ci il tarixli hökmündən Apellyasiya məhkəməsinə şikayət verəcəyini bildirir. O  deyir ki, xüsusi ittiham qaydasında verilmiş ərizədə Cinayət Prossesual qanunvericiliyin tələbləri kobud şəkildə pozulub. Belə olduğu halda  hakim xüsusi ittihamı icraat qəbul etməməli idi.

Məhəmmədoğlu bildirir ki, heç nə onu və rəhbərlik etdiyi kollektivi haqq yolindan döndərə bilməyəcək: “Qeyd edək ki, Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmova rayon təhsilinə müdir təyin edilən gündən indiyə qədər rayonun təhsil sistemini uğursuzluğa sürükləyib.  Xuraman Rüstəmova işlədiyi sınaq dövrü müddətində iki dəfə töhmət alıb, icra hakimiyyəti yanında şura üzüvlyündən çıxarılıb”.

Yazıda adları çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.

Vidadi

Azinforum.az

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın