Şənbə , Oktyabr 23 2021
Ana səhifə / Cəmiyyət / Bu insanların özünümüdafiə hüququna lazımsız müdaxilədir – Hüquqşünas

Bu insanların özünümüdafiə hüququna lazımsız müdaxilədir – Hüquqşünas

“Bu hərəkət insanların özünümüdafiə hüququna lazımsız müdaxilədir və məhdudlaşdırmağa hesablanmış addımdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Ələsgər Əhmədoğlu Milli Məclisin Birinci vitse-spikeri Əli Hüseynlinin bəzi vəkillərin məhkəmədə işin gedişində sübutları təqdim etməklə vaxtı uzatdıqlarını əsas gətirərək, sübutların hazırlıq mərhələsində tədim edilməsinin vacibliyi barədə dediyi fikrinə münasibət bildirərkən deyib. Həmsöhbətimizin fikrincə, bu hal Konstitusiyanın 71-ci maddəsinə uyğun deyil: 

“Parlament qanunverici hakimiyyətin qolu olaraq qanunları hazırlayarkən hökmən Konstitusiyaya uyğun davranmalıdır. Konstitusiyanın 71-ci maddəsi müəyyən olunan hüquqları məhdudlaşdırmağa yalnız burada müəyyən olunan əsaslar əsasında gedə bilər. Bu baxımdan ədalətli mühakimə olunma hüquqi heç bir halda Konstitusiyada müəyyən olunandan artıq məhdudlaşdırıla bilməz. Azərbaycan Avropa İnsan Haqları Konvensiyasını qəbul edib. Onun 6-cı maddəsində bu məsələ tənzimlənir. Prosesin gedişində tərəflərdən biri özünün daha obyektiv və ədalətli müdafiəsi üçün işin gedişində əlavə sübutlara ehtiyac yarandığını hiss edirsə, istənilən vaxt bu sübutları təqdim edə bilməlidir”. 
Eksperti bildirdi ki, bu kimi lazımsız müdaxilələrə ehtiyac yoxdur:  
“Sübutların yalnız ibtidai araşdırma zamanı verilə bilməsi, sonrakı prosesdə isə bu istiqamətdə vəsatət verilməsinə qadağa qoyulması insanların özünümüdafiə hüququna lazımsız müdaxilədir və məhdudlaşdırmağa hesablanmış addımdır. Bu addım Konstitusiyanın 71-ci maddəsinə ziddir”.
Digər vəkil Vamiq Şükürov isə irəli sürülən təklifi müsbət qarşılayır: 

“Mülki Prossesual Məcəlləyə dəyişikliklər layihəsində sübutların məhkəmə başlayana qədər, hazırlıq iclasında təqdim edilməsi nəzərdə tutulur.  Məhkəmə başlanaydan sonra isə sübutlar yalnız məhkəmənin hazırlıq mərhələsindən sonra ortaya çıxdıqda təqdim oluna bilər. Digər hallarda istənilən mərhələdə sübutların təqdim edilməsi məhdudlaşdırılır. Bu addım məhkəmələrin vaxtını almamağa, işlərə ədalətli, obyektiv baxılmasına xidmət edən amildir. Belə yanaşma bir çox digər ölkələrdə də mövcuddur. Bəzən olur ki, tərəflərdən biri saxta sübut hazırlayır. Bir sıra sübutlar məsələn, hansısa dövlət orqanı, notariusdan keçmədən şirkət daxilində hazırlanır. Bunların qarşısını almaq üçün sübutların məhz hazırlıq iclasına qədər təqdim olunması  məhdudiyyəti qoyulub”. 

Həmçinin oxuyun

İlham Əliyev və Mehriban Əliyeva Canəli Əkbərovun dəfn mərasiminə əklil göndərdi – Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Canəli Əkbərovun dəfn …