Bazar ertəsi , May 20 2024
Ana səhifə / Cəmiyyət / Bu il Kann Film Festivalına ölkəmiz də qoşulur

Bu il Kann Film Festivalına ölkəmiz də qoşulur

77-ci Kann Film Festivalının qısa filmlər üzrə əsas müsabiqəsində Azərbaycan da yarışacaq.

AzVision.az xəbər verir ki, bu barədə mükafatın rəsmi saytında məlumat yayımlanıb.

Məlumata görə, müsabiqəyə 11 ölkədən: Azərbaycan, Braziliya, Bolqarıstan, Kanada, Çin, Xorvatiya, Fransa, Kosovo, Litva, Portuqaliya və ABŞ namizədlər qoşulacaq.

Festivalda ölkəmizin təmsilçisi “Sanki yoxsan” filmi ilə rejissor Azər Quliyevdir.

Müsabiqə üzrə müfakatın – “Qızıl palma budağı”nın qalibi mayın 25-də açıqlanacaq.

Həmçinin oxuyun

“Azərbaycanlı gənclər dünyanın ən nüfuzlu universitetlərində oxuyur” – Emin Əmrullayev

Dövlət təqaüdü ilə təhsil alan azərbaycanlı gənclər dünyanın ən nüfuzlu universitetlərində oxuyur. Azərbaycanın Britaniyadakı Səfirliyindən “Report”a …