Ana səhifə / Cəmiyyət / Bu il dünyasını dəyişən azərbaycanlı məşhurlar (SİYAHI)

Bu il dünyasını dəyişən azərbaycanlı məşhurlar (SİYAHI)

Xeyirlə şər qardaşdır, deyirlər… Yeni bir ilə qədəm qoyarkən, 2022-yə nəzər saldıqda toylar, xoş günlərlə yanaşı, bir çox məşhurlarımızın aramızdan ayrıldığını da görürük. 
Olay.az bu il dünyasını dəyişən yerli sənət aləminin nümayəndələrini təqdim edir:
Rəhim Rəhimli
İfaçı sentyabrın 30-u vəfat edib. Sirrozdan əziyyət çəkən Rəhimlinin dünyasını dəyişməsinə səbəb isə ürək çatışmazlığı olub.
Ruhəngiz Qasımova
Əməkdar incəsənət xadimi, bəstəkar R. Qasımova 9 oktyabrda Honkonqda həyatını itirib. 83 yaşlı sənətçinin qızı anasının ölüm səbəbindən danışarkən, onun ürəyində və böyrəklərində problem olduğunu bidirib.
Dədə Süleyman
Əməkdar artist Dədə Süleyman 23 oktyabrda, 83 yaşı olarkən vəfat edib. Xanəndə uzun müddətdir, şəkər xəstəliyindən əziyyət çəkirdi. Onun ayaq barmaqları amputasiya edilmişdi.
Firəngiz Rəhimbəyova
“Bəxt üzüyü” filminin “Sevda”sı, məşhur müğənni və aktrisa Firəngiz Rəhimbəyova 62 yaşında dünyasını dəyişib. O, 16 avqustda uzun illərdir yaşadığı Los-Ancelesdə ürəktutmasından vəfat edib.
Vaqif Abutalıbov

Xalq artisti V. Abutalıbov 16 sentyabrda, 73 yaşında vəfat edib. O, 16 yaşından truba ifaçısı kimi müxtəlif musiqi birliklərində çalışıb. Sənətçi yaradıcılığa Tofiq Əhmədovun rəhbərlik etdiyi musiqi ansamblından başlayıb, sonra fəaliyyətini “Qaya” vokal-instrumental ansamblı ilə davam etdirib.
Sevda İbrahimova
Xalq artisti, bəstəkar-professor Sevda İbrahimova 17 iyulda, 83 yaşında vəfat edib. O, məşhur tarzən, Xalq artisti Qurban Primovun nəvəsi, yazıçı Mirzə İbrahimov və pianoçu Sara Primovanın qızıdır.
Asif Azərelli
Əməkdar rəssam A. Azərelli 4 sentyabrda 76 yaşı olarkən, uzun sürən xəstəlikdən vəfat edib. O, ən çox qəbul edilən ”Dədə Qorqud” obrazının yardıcısı kimi tanınır.
Fərqanə Quliyeva
Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, aktrisa Fərqanə Quliyeva 22 sentyabrda 65 yaşı olarkən vəfat edib. Onun uzun sürən xəstəlikdən dünyasını dəsyişdiyi bildirilir.
Vaqif Əsədov
Xalq artisti, teatr rejissoru və aktyor Vaqif Əsədov 5 apreldə, 75 yaşı olarkən vəfat edib.
Fazil Əliyev
Əməkdar incəsənət xadimi, dirijor F. Əliyev sentyabrın 5-i  ABŞ-ın Nyu Cersi ştatında dünyasını dəyişib. O, uzun sürən xəstəlik səbəbilə 77 yaşında vəfat edib.

Həmçinin oxuyun

Şəhid ataları PA-da: Şahmar Mövsümovla görüş təyin olundu – VİDEO

Xəbər verdiyimiz kimi, dünən Yardımlıdan olan bir qrup şəhid atası və yaxınları millət vəkili Sabir Rüstəmxanlı …